Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:23

Tarixdə ən hiyləgər kibercinayətkarlar…


Rusiya dünyanın ən böyük kibercinayətlərində şübhəli bilinən bir neçə şəxsi həbs edib. Bu hadisə kibercinayətkarların uzun müddət özlərini rahat hesab etdikləri bir ölkənin nəhayət ki, bu sahədə xarici ölkələrlə əməkdaşlıq edəcəyi ilə bağlı ümidləri artırır.

Rusiyanın Federal Təhqiqat Xidməti Şotlandiyanın Royal Bankının ödəniş sisteminə qanunsuz müdaxilə etməklə 6,6 milyon funt, yəni 9 milyon dollar oğurlamış dəstənin başçısı hesab oluna Viktor Pleşuku həbs edib.

Atlantada yerləşən «SecureWorks» təşkilatının eksperti, kibertəhlükəsizlik üzrə mütəxəssis Don Jakson deyir ki, cinayətkarlığın bu sahəsi ilə mübarizədə Rusiya hüquq-mühafizə orqanlarında çatışmazlıqlar, səhlənkarlıqlar olub. O deyir ki, indi onlar Rusiya hakimiyyət orqanları ilə bu sahədə səmimi əməkdaşlığa qədəm qoyublar.

PLEŞUKU RƏSMİLƏR HİMAYƏ EDİR?


ABŞ-ın Böyük Andlılar Məhkəməsi noyabr ayında Pleşuku, Surikovu və Oleq Kovelini cinayətdə təqsirli bilib. Həmin vaxt prokurorluq bildirmişdi ki, onlar tarixdə ən hiyləgər kompyuter cinayətkarları dəstəsinin izinə düşüblər. Güman olunur ki, onların başçılıq etdiyi dəstə Şotlandiyanın Royal Bankının şifrələnmiş məlumat sisteminə də daxil olub, bankın müştərisi olan şirkətlərin işçilərinə verilən maaş kartlarının məlumatlarını ələ keçiriblər. Həmin məlumat əsasında saxta yolla kart hazırlanıb. 2008-ci ildə 12 saat ərzində onlar dünyanın 280 şəhərində 2100 bankomatdan pulları çıxarıblar.

ABŞ rəsmiləri bildiriblər ki, onlar bu cinayətin istintaqı ilə bağlı bir çox ölkələrlə, o cümlədən Estoniya ilə sıx əməkdaşlığa nail olublar. Estoniya Surikovu həbs edərək Amerikaya verib. Rusiya qanunlarına görə isə, ölkə vətəndaşlarını ekstradisiya etmək olmaz. Üstəlik də bilinmir ki, Pleşuka Rusiya məhkəmələri nə qədər cəza verəcək. O da məlum deyil k, o, Rusiyada rəsmi şəxslərin himayə etdikləri haker qruplarının üzvüdür, yoxsa, yox.

İSTİNTAQDAN YAYINMAQ ÜÇÜN SİYASƏTÇİLƏRLƏ ƏLAQƏLƏRİNDƏN İSTİFADƏ EDİBLƏR

Bəzi rusiyalı cinayətkarlar və qruplar uzun müddət istintaqdan yayınmaq üçün siyasətçilərlə əlaqələrindən istifadə ediblər. Məsuliyyətdən yayınmaq qarşılığında onların haker bacarıqlarından Kremlin rəqiblərinə qarşı istifadə ediblər. Uzun müddət ABŞ və Böyük Britaniya rəsmiləri bu sahədə Rusiya ilə əməkdaşlıq edə bilmədiklərinə görə məyus olurdular. Ancaq Rusiyanı açıq-aşkar ittiham etməkdən də çəkinirdilər. Çünki yaxşı münasibətlər quracaqlarına ümid edirdilər.

Kibertəhlükəsizlik üzrə mütəxəssis Don Jakson deyir ki, Rusiyadakı kebercinayətkarlar artıq öz ölkələrindəki bank hesablarını da ələ keçirmək üçün proqramlar hazırlayır. İndiyə qədər isə onlar vətənlərini toxunulmaz sayırdılar. Görünür, Rusiyanın hakimiyyət orqanları artıq onların əməllərinə göz yummalarına son verirlər.

AZƏRBAYCANDA DA SON İLLƏR CİNAYƏTKARLIĞIN BU NÖVÜNÜN ARTIĞINI DEYİRLƏR


Azərbaycan kibercinayətkarlıq haqqında konvensiyaya 2009-cu ilin noyabrında qoşulub. Mütəxəssislər Azərbaycanda da son illər cinayətkarlığın bu növünün artığını deyirlər.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə isə Bakının bir neçə bankomatlarından pul çıxaran 3 nəfərin məhkəməsi gedir. İttiham aktında göstərilir ki, təqsirləndirilənlərdən biri Oleq Matveyev vətəndaşların ödəniş kartlarının surətini hazırlayıb. Bundan sonra Zahid Ağabalayev və İbrahim İbrahimovla şəhərin müxtəlif yerlərindəki bankomatlardan 87 nəfərin pullarını çıxardıblar.
XS
SM
MD
LG