Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 22:18

130 milyon kredit kartının məlumatları oğurlanıb


«Haker 1» və «Haker 2» şərti adıyla çağırılan qalan iki nəfərin isə Rusiya vətəndaşları olduğu guman edilir
«Haker 1» və «Haker 2» şərti adıyla çağırılan qalan iki nəfərin isə Rusiya vətəndaşları olduğu guman edilir
ABŞ-da rəsmilər 28 yaşlı Albert Qonsales və onun üç nəfər adı açıqlanmayan həmkarını 130 milyon kredit kartından informasiyaları oğurlamaqda ittiham edir. Avqustun 17-də prokuror bu adamların 2006-2008-ci illərdə beş dəfə bank şəbəkəsinin informasiya sisteminə girdiklərini bildirib. Prokuror onlardan yalnız Albertin ABŞ vətəndaşı olduğunu deyib, «Haker 1» və «Haker 2» şərti adıyla çağırılan qalan iki nəfərin isə Rusiya vətəndaşları olduğu guman edilir. Amma prokuror hazırda həmin adamların harada olduqlarını deməyib.

Albert Qonsales isə keçən il ayrıca 40 milyon kredit kartın məlumatını oöurlamaqda ittiham olunaraq həbs edilib. Hələlik adı çəkilməyən digər iki adamın da həmin 40 milyon kartdan məlumat oğurlanmasında iştirak edib-etmədikləri məlum deyil.

Prokurorun dediyinə görə, bu üç adam oğurluqda ən mükəmməl kompyuterlərdən istifadə ediblər. Onlar bank məlumatlarının təhlükəsizliyini qoruyan sistemdən yan keçmək üçün xüsusi hazırladıqları proqramdan istifadə edərək kredit kartların məlumatlarını əldə ediblər. Onlar hətta, sistemdən çıxandan sonra orada qala biləck bütün izləri siliblər. Bundan sonra həmin oğurlanmış məlumatları Kaliforniya, İlliyons, Hollandiya, Latviya və Ukraynadakı serverlərə göndəriblər. Amma prokuror bu adamların 130 milyon kredti kartının məlumatından necə istifadə etdikləri – pul çıxardıqları, ya məlumatları başqasına satdıqları barədə məlumat verməyib.

Albert Qonsalesin işini araşdıran Nyu Cersi ştatının müstəntiqləri və Ədliyyə Nazirliyinin Kompyuter Cinayətləri və İntellektual Mülkiyyətin Qorunması İdarəsi axtarışlar üçün ABŞ xüsusi xidmət təşkilatına müraciət edib.

Xüsusi xidmətin ortaya çıxardığı isə təkcə 130 milyon kredit kartından informasiyanın oğurlanması olmayıb. Sən demə, bu işə görə tutulan Albert Qonsales ABŞ xüsusi xidmətinin keçmiş agenti imiş. O, vaxtilə xüsusi xidmətə hakerlərin tapılmasında xəbərçilik edirmiş.

Məhkəmə bu üç adam haqqında iddiaları əsaslı bilsə, onları maliyyə cinayətlərinə görə, 35 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG