ƏVVƏLİ BURDA
Dəmir Adam nə üstündə düşmüşdü? Onun törətdiyi cinayət namus kateqori¬yasına aid deyildi.
Onun cinayətini sadəcə qətl hadisəsi kimi də dəyərləndirmək olmazdı. İlk aylar Dəmir Adam üçün çox çətin keçdi və o, cinayəti nədən və kimdən ötrü törətdiyini izah edə bilmədi.
“Razborka” uzun çəkdi və nəhayət, Dəmir Adamın iradəsi və gücü sayəsində türmə həyatının yazılmamış qanunları sırasına əlavələr edildi: sevgi üstündə türməyə düşənlər də “namus kateqoriyası”na aid edilsin.
Zahiməyə olan dəli sevgisi onu on beş il azadlıqdan məhrum etdi! On beş il! Allaha and olsun, bu on beş ildə dünyada nə var dəyişmişdi bəlkə də, amma Zahiməyə məhəbbəti bir qram belə azalmamışdı və o arzuyla yaşayırdı ki, çıxıb onu görsün, qoşulub qaçsınlar
Rusiyaya. Doğrudur, bir neçə dəfə kəndə məktub yazıb (məktub yazmaqdan zəhləsi getsə də!), cavab gəlməyib.
Yəqin çatmayıb, ya da çatdırmayıblar...
Noolar? Gözləyərik. Ona elə gəlirdi ki, Zahimə də eyni cür düşünüb, onu gözləyib, ərə getməyib. Çünki ona “hə” demişdi, onu sevdiyini bildirmişdi. Lakin valideynləri qızı güclə
Dəmir Adamdan daha varlı, daha savadlı Yavərə nişanladılar. Yavəri öldürdü, özgə adam olsaydı bəlkə də öldürməzdi; Yavər bilə-bilə öz əmisi oğluna namərdlik elədi.
İndi də o biri qardaş namərdlik edib.
Dəmir Adamın dodaqları titrəyirdi, gecənin zülmətində gözlərinə Zahimədən başqa heç kim görünmürdü.
İlyasgilin evi kəndin girəcəyindəki dəyirmanın sağ tərəfindəydi.
Dəyirmandan bir neçə yüz metr aralıda balaca yeməkxana vardı. Yeməkxananın həyətindəki manqal söndürülsə də, oradan adda-budda tüstü qalxır, üfunətli his və yanmış ət qoxusu ətrafa yayılırdı.
Görünür, bir qədər əvvəl burada əyləşib yemək yemişdilər, sür-sümük qırıntılarını da ətrafa tullamış¬dılar.
Üfunətli iy az qala adamın ödünü ağzına gətirirdi, bu iy də üstəlik yeməkxananın tinindən burulub tozlu-təzəkli kəndin əsas döngəsinə çatan Dəmir Adamın əsəblərini daha da tarıma çəkdi.
Həyət qapısını təpiklə vurub açdı.
Eyvana necə tullandısa guppultudan içəri otaqda yatanlar dik atıldı. İlyas alt paltarında əlində lampa çırağı qapını açar-açmaz bir yumruqla yerə sərildi. Dəmir Adam bağırdı:
- Oğraş! İndi səni tikə-tikə döğrayacam!
Lampa yerə düşüb çilik-çilik oldu. Evin içindəki palaz yanmağa başladı.
Evdən qışqırıq səsləri qopdu, Zahimə nə baş verdiyini anlamadı; evə qəfil soxulan qərib adamın onun ərini öldürmək istədiyini biləndə qorxu və dəhşət içində yerindən sıçradı; bir anlıq uşaqlarını düşündü, əvvəlcə özünü onların üstünə atdı.
Bu adam kim idisə onları öldürməyə gəlmişdi. Belə vaxtda kim gələ bilərdi?
İlyas Dəmir Adamın balta tutan əlindən yapışmışdı, buraxmırdı.
Dəmir Adam bir daha bağırdı:
- Binamus köpəyoğlu! Öldürəcəyəm səni!
Zahimə yalnız bu zaman səsi tanıdı və irəli cumdu, var gücü ilə qışqırdı:
- Öldürmə onu! Məni vur!
- Qızaa Zahimə, uşaqları götür qaç, Əjdəri çağır, bu köpəyoğlu bizim hamımızı öldürəcək.
Otaqda əlbayaxa döyüş gedirdi.
Zahimə bir də çığırdı:
- Bizə yazığın gəlmir? Öldürmə onu!
Qəflətən işıqlar yandı. Hamı bir anlıq karıxdı. Və Zahimə çılpaq sinəsini qabağa verib Dəmir Adamın düz gözlərinin içinə baxdı, dedi:
- Bu da mən! Bunu istəyirdin? Öldürmə onu!
Dəmir Adamı elə bil tok vurdu.
O, sağ ayağını huşsuz və üzüqoylu halda yerə sərələnmiş İlyasın boynunun ardına dirəmişdi, baltanı qaldırmışdı ki, təpəsindən endirsin.
Əlini havada yellədib vurmaq istəyəndə işıqlar yandı və qadının çılpaq sinəsini gördü. Ürəyinə sanki iynə batırdılar. Bir anlıq Zahiməni tanımadı, elə bildi ünvanı səhv salıb.
Amma qarşısındakı Zahimə idi; on beş il əvvəl gördüyü Zahimə deyildi.
Qurdla qiyamətə qalan qadına bən¬zəyirdi. Onun yalnız səsi dəyişməmişdi. Və o, yalnız bu səsə görə əlini saxladı.
Qadının sümükləri çıxmış yalın çiyinləri, heç bir ifadəsi olmayan çuxura düşmüş gözləri, gözlərinin ətrafındakı çoxsaylı qırışıqlar, sifətinə tökülmüş səliqəsiz saçlarındakı ağ dənəciklər qəfildən yanan işıqda ildırım sürətiylə onun bütün vücudunu dəlmə-deşik elədi; döşəməyə sərilən palazın od tutub yanmasını və alovun uşaqlara tərəf yeriməsini görən Zahimə bir anlıq hər şeyi unudub çığırışan uşaqlarını evdən bayıra çıxarmağa çalışdı.
Gücü çatmadı, alov ac canavar kimi bu darısqal otaqda bir qədər əvvəl dünyanın işlərindən xəbərsiz yatan, sonra gubbultudan oyanıb gördükləri dəhşətli səhnədən az qala tir-tir əsən uşaqları udacaqdı. Ərinin huşsuz və uşaqlarının köməksiz durumunu görən Zahimənin başı gicəlləndi və o, evin ortasındaca müvazinətini itirib yerə yıxıldı.
Dəmir Adam birdən-birə elə bil mum kimi əridi, qolları boşaldı.
Zahimənin dən düşmüş saçları sümükləri çıxmış çiyinlərinə tökülmüşdü. Alnındakı qırışlar, üz-gözündəki qəm-qüssə, solğunluq onun bu on beş ildə çox sürətlə qocalmasından xəbər verirdi.
Dəmir Adamın on beş il qabaqkı dəli sevgisi də birdən-birəcə qocaldı və onun içində özünə də bəlli olmayan elə bir qəribə duyğu baş qaldırdı ki, deyirdin bəs, indicə dinməzcə ölüb yerə girəcək, ya da utanıb geri qayıdacaq.
“Məgər o, bu sevgiyə görəmi on beş il oturmuşdu?
O gözəl Zahimədən əsər-əlamət belə qalmaylb, ilahi! Necə qocalıb, necə görkəmini dəyişib! Allah, allah, bu nədi! Nədi bu, mən deyəsən dəli oluram!
Yəni bu doğurdanmı o gözəl, zərif, təravətli Zahimədi?”
Bir qədər əvvəl nə dedi ona Zahimə: “Sevgimizin xətrinə, onu balalarıma bağışla!”. Aman Allah, mən neynirəm?
Qəflətən hər şey tərsinə cövlan eləməyə başladı.
Pah atonnan, Allahın işinə bax e! Dəmir Adam bir göz qırpımında Zahiməni qolları arasına alıb həyətə düşdü. Onu astaca quyunun yanında uzadıb yenə alov bürüyən evə cumdu. Uşaqların dəhşətli çığırtıları quyunun böyründəki talaşaların üstündə sərələnmiş Zahiməni ayıltdı.
Qadından bir hayqırtı qopdu ki, gəl görəsən, çığırdı:
- Allah, Allah! Balalarım yandı! Vayyy! Kömək eləyin! Tifaqım dağıldı!
Bir də gördü ki, Dəmir Adam hər iki uşağı qoltuğuna vurub otaqdan çıxarır.
Bir qədər əvvəl qatil kimi gələn bu adam indi xilaskara dönmüşdü, düz quyunun tininə gəldi, uşaqları Zahimənin qarşısında otuzdurdu.
Qadın balalarını duz kimi yalamağa başladı.
Bu səhnəni seyr edən Dəmir Adamın gözləri doldu və o, həyət qapısına tərəf tələsdi, amma Za¬hi¬mənin ürək göynədən çığırtısı onu saxladı, “balalarım yetim qaldı! Ay aman, kömək edin, İlyas....”
O, bir anlıq tərəddüd etdi, sonra nə düşündüsə cəld geriyə döndü, yenidən alovun içinə cumdu. Huşsuz halda hələ də özünə gəlməyən İlyası möhkəm qolları arasında çölə çıxartdı və Zahimənin ayaqları altına yüngülcə tullayıb özünü lənətləyə-lənətləyə kənd yoluna çıxdı.
İlyasın evi od tutub yanırdı; alov az qala o biri otağa da keçəcəkdi.
Kəndin demək olar ki, yarısı bu həyətə yığışmış, hələ heç kim nə baş verdiyini anlaya bilmirdi.
Kişilər, cavan uşaqlar alovu söndürməyə çalışırdılar, qadınlar Zahiməyə təskinlik verir, uşaqları sakitləşdirir, bəziləri isə İlyası ayıltmaq üçün onun üzünü şillələyirdi.
İlyas qəflətən özünə gəldi, yeyin addımlarla hələ alovun tutmadığı o biri otağa cumdu, qoşalüləni götürdü. Adamlar onun nə edəcəyi fərqinə varmadı, hamı evi söndürməklə məşğul idi. Zahimə bir anlıq ərinin məqsədini duydu, qabağa yeridi.
“Bizi o xilas elədi!” deyə az qala yalvarışlı pıçıltıyla İlyasın qabağını kəsdi.
- Çəkil yolumdan, qancıq! - qara quzğuna dönmüş İlyas tüfəngin qundağıyla arvadına elə bir zərbə ilişdirdi ki, qadın arxası üstə yerə sərələndi.
Yanan evdən sürətlə uzaqlaşan Dəmir Adam qəflətən hönkürtü vurdu.
Hara getdiyini bilmirdi, dünyanı, dünyanı yaradanı qarğıyır, sonra da arxaya baxmadan yeyin-yeyin addımlayırdı. Sevgi yoxdu! Yalandı!
Boş şeydi! Hər şey necə də qorxuludu! Bircə qorxmadığım şey sevgiydi!
O da qorxunc və dəhşətli imiş, aman Allah! Sən demə azadlıq qorxulu deyilmiş, dünyada ən qorxulu şey sevgiymiş, sevgi! Çünki onun ömrü çox qısadır.
Qəribə də olsa Dəmir Adam birdən-birə gülməyə başladı.
Bayaq kəndə gələndə onu qarabaqara izləyən həmin o qorxunc kölgənin arxadan gəldiyini hiss etdi, amma buna əhəmiyyət vermədi. Bu dəfə arxaya boylanmadı.
O gülürdü, söyüş söyürdü. “Gəl, gəl görüm mənə neynəyəcəksən, Şeytan! Mən daha səndən qorxan deyiləm! İndi mənim üçün hər şey qocalıb əldən düşüb, gözəlliyini, təravətini itirib.
Sevgi də ölərmiş, sevgi də qocalarmış! Sevgi də qorxulu olarmış! Dəmir Adam şaqqanaq çəkə-çəkə donqul¬danırdı...
Buna bax! Şeytan kölgəsi! Xoxxx, qorxdum səndən! Day mənimki mənə verildi! Sən mənə neyləyəcəksən?”
Bu vaxt arxadakı kölgə tərəfdən iki güllə səsi gəldi. Dəmir Adam üzüqoylu yerə yıxıldı və tərpənməz oldu...