Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 04:39

Qırğızıstanda prezident seçkiləri oktyabrın 10-da keçiriləcək


Qırğızıstanda prezident seçkilərinin və referendumun vaxtı bəlli olub.

Müvəqqəti hökumətin rəsmisi Omurbek Tekebayev bildirib ki, seçkilər oktyabrın 10-da keçiriləcək. Ondan əvvəl isə prezidentin səlahiyyətlərinin azaldılmasını nəzərdə tutan referendum keçiriləcək.

Konstitusiya referendumu iyunun 27-nə təyin olunub.

Tekebayev bildirib ki, yeni hökumət parlament respublikası yaratmağı planlaşdırır.

Bununla belə hazırda Belarusda olan sabiq prezident Kurmanbek Bakiyev özünü hələ də prezident kimi görür və beynəlxalq ictimaiyyəti müvəqqəti hökuməti tanımamağa çağırıb.
XS
SM
MD
LG