Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:11

Sovet dövründən qalma əmanətlər niyə qaytarılmır?


Samir Əliyev
Samir Əliyev
«Əmanətlərin qaytarılması üçün qanun hələ 1993–cü ildə qəbul edilmişdi».

Bunu İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev deyib. «İşdən sonra»da Sovet dövründən qalma əmanətlərdən danışıb.

S.Əliyev deyib ki, hökumət istəsə əmanətləri qaytara bilər:

- Bu proses 1993–cü ildən başlayıb. Müvafiq qanun qəbul edilib. Nəzərdə tutulurdu ki, 1995–ci ildən əmanətlər qaytarılsın.

Ekspert deyir ki, 2005–ci ildə bu məsələyə yenidən qayıdıldı:

- Prezident sərəncamda 3 ay vaxt vermişdi ki, müvafiq işlər görülsün, əmanət bankında yerləşdirilmiş əmanətlərin indeksləşdirilməsi aparılsın. Bu iki proses imkan verirdi ki, hökumət işə başlasın. Amma qanun layihəsi ilə bağlı fikirlər dolaşdı. Sonradan bu məsələ yoxa çıxdı. Bilinmədi nə oldu. İndeksləşdirmə də saxlanıldı. Prezidentin müvafiq sərəncamı icrasız başa çatdı. Sadəcə bunu həyata keçirmək üçün istək lazımdır. Hökumət nədənsə bunu ləngidir.



/Hazırladı Gülər Qasımova/
XS
SM
MD
LG