Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:12

Fərhad Məmmədov "NEYRATRON LAYİHƏSİ" (Hekayə)


I

İLK ŞAHİD

- Bax...indi çıxmalıdır. Artıq üçüncü gündür ki, saatı qeydə alıram...hər gün eyni vaxt 4.30, gecə yarı.

- Sizin binadan çıxır, yoxsa...başqa yerdən gəlir...

- Vallah, orasını dəqiq deyə bilmərəm...O elə qəfildən peyda olur ki, haradan çıxdığını hara getdiyini güdmək olmur...

Qorxumdan balkondan güdürdüm, özüm ikinci mərtəbədə qalıram...dünən mətbəxin işığını söndürdüm ki, onu rahat güdə bilim...

Amma elə bil o hiss edirdi ki, onu kimsə güdür, ağzının altında bir təhər bağırtımı deyim, iniltimi deyim, qəribə səslər çıxarıb elə hey binanın mənzillərinə ümumi göz gəzdirirdi.

- Görünüşü yadındadır?

- Düzdür qaranlıq olsa da, bəzi şeyləri seçə bildim...Topuğuna qədər uzanmış boz və ya (qaranlıqda ayırd etmək olmurdu) digər açıq rəngli plaş geymişdi...olduqca nimdaş idi...

Başında da,...lənət şeytana həmişə o papağın adı yadımdan çıxır...o, soyuq zonalarda xidmət edən əsgərlər qışda başları nə qoyurlar...bax ondan.

Bildin də, qulaqları açılıb bağlanan.

- Hə...davam elə. Sifətini seçə bildin...

- Elə mənin dəhşətə gətirən əsas məsələ də budur...Az qala balkonda bayılacağdım. Bir təhər özümü ələ aldım.

- Axı nə, ürəyimiz üzmə.

- Bax sənin canınçın, gözləri pişik kimi qıp-qırmızı işıldayırdı...Nə bilim, belə şeyi mən ancaq qorxulu filmlərdə görmüşəm...Ürəyim ağzıma gəldi...Əlində də dediyim kimi uzun ov tüfəngi tutmuşdu.

- Hansılardan karabin, vinçester?

- Əşi yox...Qoşa güllə idi...Çünki atəş açandan sonra boş gilizlərin yerə düşdüyün eşitmədim...

Yəqin içində qalmışdı...Bu axı köhnə tüfənglərdə belə olur...
Adil (Post-patrul baş çavuşu), qısa, kənardan açıq görünən tağı ilə sağa doğu daranmış heyvan tükü tək cod saçlı, yaşı 25-30 aralarında olan bu gənc polis nümayəndəsinin demək olar ki, sifətində elə bir təsvir ediləsi şey yox idi, standard aqressiv insan siması idi ki, belə sifət tipləri nəslərindəki çoxlu insest hallarının əmiqızı -əmioğlu nigahının təsirindən ortaya çıxa bilirdi...nəzəriyyədə...

Əslində isə bir Allah bilir.

Üç il bundan əvvəl orta təhsilli qulluqçu kimi həqiqi hərbi xidməti cəbhə bölgələrindən birində başa vurmuş, kiçik çavuş rütbəsini almışdır. Bir il yarım müddəti başa vurduqdan sonra yaşadığı Sumqayıt şəhərinə, qaçqınların məskunlaşdığı məhləyə, qayıtmış, bir müddət azadlıq abu-havasına alışmağa çalışmışdı...

Gördüyü dəhşətli mənzərələr, avtopark naryadı üzrə həmkarı

Arifin onun beş addımlığında öz beynini AKMS-lə dağıtması, hər gün eyni ağır rejim, natamam qidalanma, odun naryadı zamanı baltanın sapından çıxıb başını yarması (bəxti onda gətirmişdi ki, baltanın küt tərəfi dəymişdi) və bu kimi digər hallar onu bir həftə özünə qaytara bilmirdi...Sivil həyat ona yuxu kimi gəlirdi...

Elə bil bu yuxuda yatdığına görə ehtiyatlı idi...

Elə bilirdi ki, hansısa naryaddır yatıb, və indi hansısa bir mərdiməzar leytenant gəlib onu oyadacaq və hissə növbətçisinə məruzə edəcək...Amma onu hələ də oyadan olmurdu. Həftələr keçirdi...lakin onu hələ də bu uzun çəkmiş yuxudan oyadan yox idi.

Təzəlikcə avtosalonlardan birinə yuyucu qismində işə düzəlmişdi.

Lakin elə bil o bu sivil həyata hələ də alışmamışdı...

Hər şey onu qıcıqlandırırdı, tam sərbəstlik onu qorxuya salırdı...zabit görəndə tez ayağa qalxardı, çaşıb hərbi salam belə vermək istəyərdi,...artıq nə etdiyini anladıqda isə gicgahından tez-bazar təpəsinə sarı aparardı və başına sığal çəkərdi, guya saçını darayırmış kimi, zabitlər isə onun bu yaxınlarda demobilizə olduğunu anlayıb, onunla qulluq etdiyi hərbi hissə haqqında söhbət açardılar.

Həftələri artıq aylar əvəz etmişdi Adil isə hələ də uyğunlaşmamışdı...

İşdən aldığı maaş isə onu (kimsəsiz olduğuna ramən) qane etmirdi...Nəhayət, özü-özünə kifayətdir deyib yenidən müddətdən artıq hərbi qulluqçu kimi hərbiyə qayıtmağı qərara aldı...Belələrinə “maxe” deyə müraciət edirlər...

Çox vaxt tağım komandirinin köməkçisi vəzifəsində olsa da, bəzi hallarda zabit-gizir çatışmamazlığına görə xidmət rəisi vəzifəsinə kimi yüksələ bilir, halbuki vəzifənin adında hansısa bir xidmət rəisinin vəzifəsinin içraçısı yazılır, yada ki, vəzifəsini müvəqqəti içra edən...

Həm də maxe qəşəng maaş alırdı, vəzifəsindən asılı olmayaraq, üç yüz manat, rəis vəzifəsi tutsa isə bu maaş iki qat arta bilərdi...pulsuz ev, pulsuz yemək-içmək, daha o nə istəyə bilərdi axı...Onsuz da sivil həyatda onun nə bir yaxın dostu nə də ona əl tutacaq qohumu yox idi...

Maxı kimi 2-ci ilinə çatdıqda isə gözləntiləri o qədər əks effekt və frustrasiyaya səbəb olmuşdu ki, müqavilədə göstərilən axırıncı üçüncü ilə çatmasını səbirsizliklə gözləyirdi...Artıq o doğrudanda adi vətəndaş olmaq istəyirdi...hərbi onu bezdirmişdi...

Axırıncı gün gəldi, bir təhər təhvil-təslimini apardı---elə istədiyi vəzifəni tuturdu---müvəqqəti əşya anbarı rəisi- bir çox şeylər həmişəki kimi hərbi dilində “belinə vuruldu” sonra canını qurtarıb...Sumqayıta deyil, Bakıya üz tutdu...

Çünki onun yeni himayədarı peyda olmuşdu...

Atasının əmisiqızı kimi özünü təqdim etmiş və ona baş çəkmiş, orta yaşlı, eleqant geyimli İradə xanım bu yaxınlarda, Bakı şəhər icra hakimiyyətində şöbə müdiri vəzifəsinə keçdiyini bildirmişdi...

Və təsadüfən belə bir qohumunun hələ də sağ olduğunu bilib, ona mütləq əl tutacağını söz vermişdi...Hərbi hissəyə bəlkə ilk dəfə idi ki, İnfiniti markalı General Motors maşını daxil olurdu...İradə xanım, öz qəşəng tələbə qızını da gətirmişdi...

Qız Adilə elə hey gülümsəyərdi...Adil birinci dəfə idi ki, ona qarşı belə bir qadın münasibəti görürdü...

İçində tarazlıqlar pozulmuşdu, ölümün bir addımlığında dəfələrlə olmasına ramən ogünki kimi heç vaxt həyacan çəkməzdi.

Nəhayət İradə xanım Adilə bütün göstərişlərini verdi, cibinə ikiyüz manat basıb, üzündən öpdü...Qızı isə ona əl uzadıb yenidən gülümsədi (Bəlkə də Adilin əllərinin tərli olmasından idi) və tanışlıqlarına şad olduğunu və onu Bakıda gözlədiklərini bildirdi...

O gün sözün əsl mənasında Adilin həyatını dəyişmişdi...Artıq həyat məqsədləri dəyişmişdi, sivil həyatda yaşamaq həvəsi artmışdı...Məqsədlərin tacında isə bu gözəl Aydanla evlənmək dururdu...

Bakıya qayıtdıqdan sonra onu İradə xanım öz ikimərtəbəli evində bir ailə üzvü kimi yerləşdirdi, evdə kişi xaylağı olmadığından Adil İradə xanımın həyat yoldaşının rəhmətə getdiyini güman edirdi...

Amma sonralar məlum oldu ki, İradə xanım heç vaxt ərə getməmişdi...

Hamilə qaldığını bilib onu kəndən qovmuşdular, o da hər şeyə özü başlamışdı...zəhməti ilə karyeraya nail olmuşdu. Adil bir neçə gündən sonra bir başa olaraq (çavuş deyil) baş çavuş rütbəsi aldı və Post-patrul xidmətində işə başladı.

- Məllim, saata baxıram artıq dördə qalıb beş dəqiqə...Bəlkə deyirəm, bu gün gəlməyəcək.

- Qəribədir,...axı mən saatı qeydə almışdım hər gün saat dördün yarsı...saniyə bə saniyə dəqiq...

Adil gülümsədi.

- Sizin saatla, onun saatıyla, yoxsa metro saatıyla ?!...Yaxşısı budur Siz gedin yatın, artıq gecdir, biz köməkçimlə 24 saat növbədəyik, bir şey olsa Sizə xəbər verərik...

Altmış bir yaşlı Əlicabbar kişi binaya doğru burulub sürətli yerişlərlə bloklarına doğru addımlamağa başladı...Hələ çox uzaqlaşmadığından Adil gün ərzində soruşmağı yersiz bildiyi şeyi indi soruşmağa cəhd etdi...yenidən gülümsəyərək.

- Məllim, sizin nazirlikdə qohumunuz işləmirki? – Əlicabbar kişi dərhal geriyə dönüb təəcüblə...

- Xeyr, niyə soruşursan.

- Mənə çox maraqlıdır ki, belə bir xırda məsələyə görə necə olur 24 saatlıq növbə təyin edirlər...- kişi onu ələ saldığını sanıb, onun sualına məhəl qoymayıb yenidən buruldu və blokda yox oldu...

Halbuki Adil gülümsəsədə sualında müharibə tək ciddi idi.

Hədəfi güdmə yerindən uzaqlaşıb binadan xeyli aralıda yerləşmiş qarajların yanında gözədəyməz, qaranlıq yerdə saxlanılmış Reno markalı xidməti avtomobilə doğru yaxınlaşdı...

Sürücü oturacağı tərəfdən maşına girib, arxa oturacaqlarda uzanıb yatmış kiçik çavuş Fuadı əli ilə xəfifcə silkələyib...

- Dur ə, sənin növbəndi...-Fuad saata baxıb, Adil adam kişi olar, hələ dördə on beş dəqiqə qalıb.

- Taxtabaş...səni dörd tamamda oyatsaydım, özünə gələnəcən elə on beş dəqiqə keçərdi...

Nəyimə lazım mənim vaxtımdan gedir...Dur üzüvə su vır, ərazini gəz.-deyə Fuada zarafatca təpik də vurub özü onun yerinə uzandı, maşındakı hərbi buşlatı üstünə çəkdi...bir neçə dəqiqədən sonra yuxuya getdi. DAVAMINI BURDA OXU

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG