Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:21

Milli qiymətləndirmə standartları açıqlanıb


Aprelin 19-da Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən təsdiq olunmuş Milli Qiymətləndirmə Standartlarını (MQS) təqdim edib.

Təqdimatda AQC-nin sədri İbrahim Quliyev bildirib ki, bu standartlar hazırlanan zaman beynəlxalq təcrübədən istifadə olunub.

Standartların qəbul olunmasının məqsədi Azərbaycanda qiymətləndirmə fəaliyyətinin hüquqi-iqtisadi bazasını formalaşdırmaq, ölkədə qiymətləndirmə fəaliyyətini beynəlxalq təcrübəyə uyğunlaşdırmaq, milli qiymətləndiricilərin fəaliyyət azadlığını təmin etməkdir. /AzərTAc/
XS
SM
MD
LG