Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:35

Hewlett-Packard məmurlara rüşvət verib kompyuter satırmış?


ABŞ hökuməti Almaniya və Rusiya ilə birlikdə Hewlett-Packard şirkətinə qarşı rüşvət vermə ittihamlarını araşdırmağa başlayıb. İddialara görə ABŞ-ın informasiya texnologiyaları şirkəti olan Hewlett-Packard gəlirli layihələri əldə etmək üçün Rusiya rəsmilərinə milyonlarla dollar rüşvət verib.

Hewlett-Packard yazılı bəyanat verərək bu iddianı qaldıran ABŞ-ın qurumları ilə əməkdaşlıq etdiyini deyib.

İddia edilir ki, Hewlett-Packard Almaniyadakı yardımçı şirkətlərin vasitəçiliyi ilə Rusiya Baş Prokurorluğuna 50 milyon dollara yaxın dəyəri olan kompyuter avadanlıqları, proqramlar satmaq üçün 11 milyon dollara yaxın rüşvət verib.

Keçən dekabr ayında Almaniya bu alış-verişlə bağlı istintaq çərçivəsində üç nəfəri şübhəli kimi həbs edib.

Şərhlər (2)

Bu forum dayandırılıb
XS
SM
MD
LG