Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:10

«Hakimiyyət Amerikaya diplomatik müharibə elan edir»


Azər Rəşidoğlu
Azər Rəşidoğlu
«Azərbaycan hakimiyyəti bu bəyanatlarla Amerikaya qarşı diplomatik müharibə elan edir»

Bunu siyasi şərhçi Azər Rəşidoğlu bildirib. «İşdən sonra»da Nazirlər Kabinetinin iclasında prezidentin dediklərinə siyasi şərhçilərin sözardı olub.

Azər Rəşidoğlu bildirib ki, Azərbaycanın beynəlxalq imici darmadağın olub:

- ABŞ-dakı sammitə İlham Əliyevin dəvət olunmaması şantaj dilində danışmaq istəyən Azərbaycan hakimiyyətinə Vaşinqtonun göstərdiyi təpkidir. Bu, Azərbaycan hakimiyyətinə vurulan sillə idi. Çox təəssüf ki, artıq Azərbaycanın beynəlxalq imici də darmadağın olunub. Bu kəskin dönüşlər Azərbaycan ictimaiyyəti üçün ciddi problemlər yarada bilər.

Mübariz Əhmədoğlu
Siyasi şərhçi Mübariz Əhmədoğlu isə bu fikirlərlə razılaşmayıb. O bildirib ki, Azərbaycan o qədər güclənib ki, onun xarici siyasəti ancaq öz maraqlarına yönəlib:

- Azərbaycanın apardığı siyasət işlənmə mərhələsindədir, müəyyən etapları keçir. Azərbaycan üçün maraqlıdır ki, ABŞ bilirsə ki, müstəqillik dövründə bu regionun ən başabəla problemi Dağlıq Qarabağ münaqişəsidir, niyə deyir ki, əvvəl Ermənistan-Türkiyə sərhədlərini aç.
O ki qaldı, prezidentin sammitə dəvət olunmamasına, erməni rəsmilərinin fikrincə, ABŞ İlham Əliyevi dəvət etmədi ki, Türkiyə-Ermənistan münasibətlərini maneəsiz həyata keçirsin.

Mübariz Əhmədoğlu: «Azərbaycanda məscid nə qədər az olsa, Azərbaycan bir o qədər inkişaf edəcək»

«Nabucco» layihəsi ölü layihədir.

DAHA ƏTRAFLI PROQRAMI DİNLƏYİN.

/ Hazırladı Gülər Qasımova /

HƏMÇİNİN OXU

Azərbaycan kimdən incik düşüb?
XS
SM
MD
LG