Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Gəncədə 100-ə yaxın abonentin suyu kəsilib


Bu haqda Gəncə Su-Kanal Törəmə Səhmdar Cəmiyyətinin baş mühəndisi Məmməd Hüseynov məlumat verib. O bildirib ki əhalinin təxminən 60 faizi suyun pulunu ödəmir və bu səbəbdən 2 aydır ki, reydlər başlanılıb:

«İlk olaraq kommersiya obyektlərində yoxlamalar apardıq. Sayğacların olmaması və bir sıra başqa qanun pozuntularına görə 14 obyektə su verilişi dayandırılıb. Gəncə əhalisinin isə idarəyə 9 milyona yaxın debitor borcu var. İdarə Təsərrüfat hesablı olduğundan enerjiyə olan borc əhdlidən yığılan vəsait hesabına ödənilməlidir. Lakin abonentlər suyun pulunu vermir».

Su-Kanal Törəmə Cəmiyyətinin Gəncə «Elektrikşəbəkə»yə 13 milyona yaxın borcu var. Gəncədə ümumən 54 min abonent var.
XS
SM
MD
LG