Keçid linkləri

2026, 24 Oktyabr, şənbə, Bakı vaxtı 08:49

Davam edir bahalaşma

Eyyub Huseynov
Eyyub Huseynov
«Azərbaycanda son üç ayda ərzaq məhsullarında 8 faiz bahalaşma qeydə alınıb».

Apardıqları monitorinqin nəticələriylə bağlı AzadlıqRadiosuna məlumat verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bahalaşma davam edir.

Hüseynov qeyri-ərzaq sektorunda isə diqqətçəkən qiymət artımının müşahidə edilmədiyini deyir.

Ölkə prezidenti İlham Əliyev aprelin 14-də keçirdiyi hökumətin yığıncağında qiymətlərin çüzi artdığını, inflyasiyanın təxminən 4 faiz olduğunu bildirib.

Eyyub Hüseynov deyir ki, əgər prezidentin sahibkarlarla bağlı sonuncu sərəncamı icra edilərsə, onda ölkədə inflyasiya indikindən 20 faiz də aşağı düşər.

Prezident aprelin 14-də sahibkarlıq sahəsində yoxlamaların nizama salınması ilə bağlı fərman imzalayıb. Fərmanda deyilir ki, aparılan yoxlamalar zamanı səlahiyyətlərdən sui-istifadə hallarının qarşısı alınmalı, şəffaflıq təmin olunmalıdır.

HƏMÇİNİN OXU:

Sahibkar: «Az qala bütün strukturlar yoxlama aparır»

«Belə fərmanlar problemi həll etmir»
​
XS
SM
MD
LG