Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 23:29

İlham Əliyev Ermənistana təzyiqləri artırmağa çağırıb


Azərbaycan prezidenti İlham Əliyev sülh danışıqlarında iştirak edən dövlətləri Ermənistana təzyiqləri artırmağa çağırıb.

İlham Əliyev bunu Nazirlər Kabinetinin iclasında çıxış edərkən deyib.

O Ermənistanı danışıqlar prosesini süni şəkildə uzatmaqda günahlandırıb və qeyd edib ki, Yerevan Madrid prinsiplərinin yenilənmiş variantına konkret mövqe bildirməlidir.

Prezident sülh danışıqlarında iştirak edən dövlətləri işğalçı ölkəyə dəstək verməkdən çəkinməyə, məsələnin həllində ədalətli mövqe tutmağa və bu baxımdan da Ermənistana təzyiqi artırmağa çağırıb.
XS
SM
MD
LG