Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:44

ABŞ dövlət katibinin köməkçisi Bişkekə gəlir


ABŞ dövlət katibinin köməkçisi Robert Bleyk Qırğızıstanın müvəqqəti hökumətinin lideri Roza Otunbayeva ilə görüşmək üçün Bişkekə gəlir. Bleyk prezident Kurmanbek Bakiyevin devrilməsindən bu yana Qırğızıstana səfər edən ən yüksək rütbəli diplomat olacaq.

Dövlət katibinin köməkçisi bildirib ki, Amerika yeni hökuməti rəsmən tanımasa da, onun dövlət çevrilişi nəticəsində hakimiyyəti ələ keçirdiyini də düşünmür. Bleyk Bakiyevlə görüşmək planının olmadığını deyib.

XS
SM
MD
LG