Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:03

Sudanda ümummilli seçkilər keçirilir


Bu gün Sudanda 1986-cı ildən bu yana ilk dəfə olaraq çoxpartiyalı seçkilər keçirilir.

Üç gün ərzində prezident, parlament və bələdiyyə seçkiləri keçiriləcək.

1989-cu ildə hərbi çevriliş yoluyla hakimiyyətə gəlmiş indiki prezident Ömər əl Bəşir qələbə çalacağına əmindir.

Demək olar ki, müxalifətin bütün nümayəndələri namizədliklərini geri götürüblər.

Onlar seçkinin azad və ədalətli olmayacağını deyirlər.

Beynəlxalq Məhkəmə Sudan prezidenti Bəşir əl Öməri Darfur əyalətində soyqırımı törətməkdə ittiham edir.
XS
SM
MD
LG