Keçid linkləri

Təcili xəbərlər
2021, 25 İyul, bazar, Bakı vaxtı 21:06

«Kral klubu» katalonlara boyun əydi


Messi yenə fərqləndi
Aprelin 10-u gecə bütün dünya futbolsevərlərinin maraqla gözlədiyi «El Klassiko»da «Real» Madrid öz meydanında «Barselona»ya məğlub olub.

Bütün oyun komponentlərində «Kral klubu»ndan üstün olan katalonlar əzəli rəqibini iki cavabsız qolla məğlub edib.

Birinci hissənin 33-cü dəqiqəsində Leonel Messi fərqlənib.

İkinci hissənin əvvəlində isə Pedro fərqi artırıb.

Bu qələbədən sonra İspaniya çempionatında uzun müddətdir ki, davam edən ikihakimiyyətliliyə son qoyulub.

İndi «Barselona» 80 xalla birincidir. «Real» Madridin isə aktivində 77 xalı var.

Bu məğlubiyyətdən sonra «Kral klubu»nun çempionatın sonuna az qalmış çempionluq şansları bir xeyli çətin görünür.

Şərhlər (2)

Bu forum dayandırılıb
XS
SM
MD
LG