Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Polis müxalifətçiləri televiziya binasından çıxarıb


Tailand polisi müxalifətçiləri Xalq Televiziyası-nın binasından çıxarıb.

Müxalifətçilər Banqkokun ətrafındakı bu televiziya kanalını dünən tutmuşdular.

Nəticədə kanalın yayımı dayanıb.

Müxalifət bu kanalaı özününkü sayır.

Hakim dairələr kanalı yalan məlumatlar yaymaqla vəziyyəti qızışdırmaqda günahlandırır.

Polis müxalifətçiləri binadan çıxararkən gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Keçmiş baş nazir Taksin Çinavatranın tərəfdarları hökumətin istefasını və ölkədə yeni seçkilər keçirilməsini tələb edir.
XS
SM
MD
LG