Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:47

Rusiya Qırğızıstanın yeni rəhbərliyini tanımağa hazırlaşır


Rusiya Qırğızıstanın yeni rəhbərliyini tanımağa hazırlaşır. ABŞ isə hələ qəti qərara gəlməyib. Prezident Kurmanbek Bakiyev isə istefa verməsi haqqındakı xəbərləri təkzib edərək, hələ də ölkənin legitim lideri olduğunu bəyan edib. O, eyni zamanda etiraf edib ki, hazırda Bişkekdə deyil və hər hansı hakimiyyət orqanına nəzarət etmir.

Dünən gecə də Bişkek küçələrində atəş səsləri eşidilib. Lakin yeni tələfat olmayıb. Rusiyanın baş naziri Vladimir Putin müvəqqəti hökumətin rəhbəri Roza Otunbayevaya zəng edərək, Qırğızıstana Rusiyanın yardımını təklif edib.

XS
SM
MD
LG