Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 15:48

«Bu gündən sərbəst toplaşmaq azadlığına hörmət göstərilməlidir»


ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları İdarəsinin direktor müavini Duqlas Veyk
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları İdarəsinin direktor müavini Duqlas Veyk
«Azərbaycan ATƏT-in 2008-ci il prezident seçkiləri ilə bağlı tövsiyələrinin bir hissəsini yerinə yetirməyib. Ancaq hesab edirik ki, tövsiyələrin parlament seçkilərinədək yerinə yetirilməsi mümkündür».

Bu barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları İdarəsinin (DTİHİ) direktor müavini Duqlas Veyk «Turan» agentliyinin sualının cavabında bildirib.

O, yerinə yetirilməyən tövsiyələrin siyahısını açıqlamayıb. Amma bir çox öhdəliyin yerinə yetirilməsini mühüm sayır:

«Mən yerinə yetirilməyən öhdəliklərin hamısını sadalamayacağam. Amma bu gündən sərbəst toplaşmaq azadlığına hörmət göstərilməlidir. Dövlətin resurslarından sui-istifadə edərək seçki kampaniyasına təsir etmə cəhdləri olmamalıdır, seçki dövründə həm yerli, həm də beynəlxalq müşahidəçilərə bütün prosesi sərbəst izləmək üçün şərait yaradılmalıdır, səslərin hesablanması zamanı bütün beynəlxalq standartlara əməl edilməlidir. Biz bu tövsiyələrin seçkiyədək həyata keçirilməsini gözləyirik».

D. Veyk bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları İdarəsi Azərbaycanda parlament seçkilərindən bir neçə ay öncə ölkəyə seçkiqabağı vəziyyəti qiymətləndirəcək missiya göndərəcək:

«Ölkə müraciət edərsə, həmin missiyanın hesabatına uyğun olaraq seçkiləri müşahidə missiyasının tərkibi müəyyən edilir və hansı təşkiltalarla əməkdaşlıq məsələləri müəyyənləşdirilir. ATƏT-in bütün üzv ölkələri müşahidə missiyası dəvət etmələri ilə bağlı öhdəlik götürüb».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG