Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 07:54

Müsavat aksiya keçirəcək


Bakı Şəhər İcra Hakimiyyəti
Bakı Şəhər İcra Hakimiyyəti
Müsavat partiyası Bakı Şəhər İcra Hakimiyyəti binası qarşısında keçirmək istədiyi piketi aprelin 14-nə təyin edib.

Bu barədə qərar Aprelin 5-də - partiyanın piket keçirməklə bağlı Meriyaya müraciətinə mənfi cavab alındıqdan sonra verilib. Müsavat başqanının mətbuat məsələləri üzrə müavini Mehman Cavadoğlu AzadlıqRadiosuna belə deyib:

«Bu dəfə də bizim müraciətimizə mənfi cavab verildi. Müsavat Partiyasının divanı məsələni müzakirə etdi və biz aprelin 14-də BŞİH-in qarşısında eyni tələblərlə - əhalinin sərbəst toplaşmasına imkan yaradılması tələbi ilə piket keçirəcəyik. Bu piket BŞİH-nin razılıq verib verməməsindən asılı olmayaraq keçiriləcək».

Martın 12-də Müsavat Partiyasının başqanı İsa Qəmbər Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbova məktubla müraciət edərək əvvəllər yürüş və mitinqlərin keçirildiyi yerlərdə yenidən kütləvi aksiyalar üçün şərait yaradılmasını, eləcə də ali dövlət strukturlarının və digər qurumların yerləşdiyi binalardan 200 metrlik məsafədə piket və mitinqlərin keçirilməsi üçün yerlərin müəyyən olunmasını istəyib.

Ötən həftə həmin müraciətə mənfi cavab aldıqdan sonra Müsavat Partiyası BŞİH–nin binası qarşısında ölkədə sərbəst toplaşma azadlığının təmin olunmamasına etiraz piketi keçirmək üçün bu quruma müraciət etmişdi.
XS
SM
MD
LG