Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:50

“Lyublyanka” stansiyasında terror aktını dağıstanlı Məryəm Şaripova törədib


Martın 29-da Moskva metrosunun “Lyublyanka” stansiyasında baş verən terror aktını Dağıstan sakini Məryəm Şaripova törədib. Xəbəri Rusiyanın Milli Antiterror Komitəsi bu gün yayıb.

Bundan əvvəl isə “Park kultırı” stansiyasındakı terror aktını başqa bir Dağıstan sakini, 17 yaşlı Cənnət Abdurəhmanovanın törətdiyi təsdiqlənmişdi. Sonrakı araşdırmalar üçün hər iki intiharçı haqqında materiallar Rusiya Prokurorluğunun istintaq orqanına göndərilib.

Martın 29-da Moskva metrosunun iki stansiyasında törədilmiş terror aktı nəticəsində 40 nəfər həlak olmuşdu, 100-dən artıq adam yaralanmışdı.

XS
SM
MD
LG