Keçid linkləri

Təcili xəbərlər
2023, 04 Oktyabr, çərşənbə, Bakı vaxtı 00:02

Azərbaycan Ərdoğana ümid edir


Azərbaycan hakimiyyəti Türkiyənin Baş naziri Rəcəp Tayyıb Ərdoğanın ABŞ-da keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ probleminin həlli məsələlərinin prioritet mövzu olacağına inanır.

«Gözləntimiz ondan ibarətdir ki, ABŞ Prezidenti Minsk qrupu həmsədrlərinin birini təmsil edən ölkənin başçısıdır və Ermənistanı konstruktiv mövqeyə gətirmək məqsədilə rəsmi Yerevana Dağlıq Qarabağ məsələsində öz prinsipsiz işğalçı mövqeyindən əl çəkməyə məcbur etsinlər, ona təzyiq göstərsinlər».

Bunu jurnalistlərə Prezident Administrasiyasının ictimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Həsənov deyib ki, bölgədə barışın yaranması Türkiyə - Ermənistan arasında sərhədlərin açılması, diplomatik əlaqələrin bərpası, ümumiyyətlə, regionda normal əməkdaşlıq şəraitinin yaranması, ilk növbədə, Ermənistanın işğalçı mövqeyindən əl çəkməsindən, Cənubi Qafqazda bütün nəqliyyat, informasiya dəhlizlərinin bərpa olunmasından keçir.

«Düşünürük ki, ABŞ və Türkiyənin orada iştirak edəcək Baş naziri bu məsələni gündəmin birinci məsələsi sırasında qaldıracaq və hansısa bir mexanizmlə Ermənistan prezidentinə təzyiq göstərəcəklər». /YAP/
XS
SM
MD
LG