Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 16:41

Bakıda Murakaminin kitabı ilk dəfə nəşr olundu!


Azərbaycan oxucusu bu adı yaxşı tanıyır – Haruki Murakami. Onun rusca, ingiliscə nəşr olunan kitabları Bakının kitab dükanlarının bəzəyidir.

İngilis dilində yazan məşhur yapon yazıçısının kitabları dünyanın əksər dillərinə çevrilib. Bədii ədəbiyyat dünyasında Murakamini “super ulduz” adlandırırlar.

Aliya Süleymanqızının tərcüməsində “Zəlzələdən beş gün sonra” hekayələr toplusu müəllifin Azərbaycan dillinə tərcümə olunan ilk kitabıdır.

Bu kitabda “Kusiroya UNO düşüb”, “Ütüylə peyzaj”, “Bütün Tanrı övladları rəqs edə bilər”, “Tailand”, “Dostum Qurqur, Tokionu xilas edir” hekayələri toplanıb.

Qeyd edək ki, bu hekayələr bir yerdə həm də “Bütün Tanrı övladları rəqs edə bilər” adlı roman kimi tanınır.

“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu Kultaz.com-a açıqlamasında yaxın həftələrdə alman yazıçısı Herta Mullerin əsərinin də Azərbaycan dilində çap ediləcəyini deyib.

Postmodern ədəbiyyatın mühüm fiqurlarından olan Huraki Murakami 1949-cu ildə Kiotoda doğulub.

İlk əsəri olan "Pinbol-1973" Murakaminin vizit kartı olaraq müasir ədəbiyyat mühitində yazıçının adını tarixə yazıb.

Murakaminin elementar əşya və hadisələrdən dərin fəlsəfi məna çıxarması onun dünyada məşhur olmasının səbəblərindən biridir.

İlk böyük uğuru ona “Norveç meşəsi” (1987) əsəri gətirir.

2006-cı ildə ən nüfuzlu beynəlxalq ədəbi mükafatlardan olan - Frans Kafka mükafatına layiq görülüb.

2009-cu ildə Murakami Qəzzada dinc sakinlərin qətlinə görə İsraili tənqid edib. Yazıçı bu barədə elə İsraildə bildirib - 2009-cu ilin Qüds ədəbi mükafatının qalibi kimi ona verilən tribunadan istifadə edib.

Hazırda Haruki Murakami ABŞ-ın bir çox mötəbər universitetlərində muhazirələrlə çıxış edir. Murakaminin əsərləri dünyanın 30-dan çox dilinə tərcümə olunub.

www.kultaz.com
XS
SM
MD
LG