Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev «The Washington Post» qəzetinə məktub göndərib və AXCP sədri Əli Kərimlinin bu qəzetin aprelin 2-də çıxmış məqalısinə münasibət bildirib.
Yaşar Əliyev yazır ki, Əli Kərimlinin söylədiklərinin əksinə, 2005-ci il parlament seçkiləri prezidentin seçki rəsmilərini seçki qanunvericiliyinə əməl etməyə çağıran iki sərəncamına, nümayişlərə qoyulmuş qadağanın götürülməsinə, exit-poll-un keçirilməsinin hökumət tərəfindən dəstəklənməsinə, səs verən seçicilərin barmaqlarının mürəkkəblə işarələnməsinə, nəticələri mübahisə doğuran 10 DSK-da nəticələrin ləğvinə görə təqdir olunub.
«ABŞ - Azərbaycan əlaqələri enerji və təhlükəsizlik əməkdaşlığına əsaslanır. Bill Klinton administrasiyasının dəstəklədiyi Bakı – Tbilisi - Ceyhan boru kəməri Azərbaycanın iqtisadi müstəqilliyində və Avropanın enerji təchizatında mühüm rol oynayır. Azərbaycan Əfqanıstanda ABŞ-ı və NATO-ya kömək edir. Demokratiya təkcə Azərbaycan - ABŞ əlaqələrinin komponenti deyil, o, həm də Azərbaycan dövlətçiliyinin ən mühüm dayaqlarından biridir».
Əli Kərimlinin məqaləsində deyilirdi ki, Azərbaycanda demokratiyaya az əhəmiyyət verilir, seçkilər bir qayda olaraq saxtalaşdırılır, müxalifət əzilir. AXCP sədri yazırdı ki, Azərbaycan müxalifəti Birləşmiş Ştatlardan müdaxilə, yaxud maliyyə yardımı istəmir, mənəvi dəstək istəyir.