Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:12

Yaşıllar Partiyası Azərbaycan hökumətini tənqid edib


«Azərbaycanda insan haqlarının, xüsusilə də, müxalifətdən və müstəqil KİV və gənclər təşkilatlarından olanların hüquqlarının pozulması halları mövcuddur».

Avropanın Yaşıllar Partiyasının Azərbaycanla bağlı qəbul etdiyi qətnamədə belə deyilir. Qətnamədə deyilir ki, Azərbaycanda vəziyyətə nəzarət edən beynəlxalq təşkilatlar öz qiymətləndirmələrini aparırlar. Məsələn, «Sərhədsiz Reportyorlar» Azərbaycan liderini «Mətbuatın düşməni» elan edib.

Qətnamədə gənc bloqqerlər – Adnan Hacızadə və Emin Millinin həbsi məsələsinə də toxunulur. Qeyd olunur ki, onların xuliqanlıq ittihamı ilə həbsi hakimiyyəti korrupsiyada ittiham edən video material hazırlamaqlarından az sonraya təsadüf edir.

Daha sonra bildirilir ki, ölkədə siyasi tərəflər də problemlərlə üzləşirlər. Bəzi müxalif siyasi partiyaların qeydiyyata alınmasında problemlər yaşanır. «Bu cür problemlə üzləşənlərdən biri də Yaşılların Azərbaycandakı tərəfdarlarıdır».

Deyilir ki, hətta bunula bağlı ölkə prezidentinə də müraciətlər olunub, amma ötən 3 il ərzində heç bir cavab əldə edilməyib.

«Bu, ölkədə insan haqlarını pozulmasının birbaşa göstəricisidir».

Partiya tərəfdarları bir daha Adnan Hacızadə və Emin Millinin azadlığa buraxılmsına çağırıb. Qətnamədə deyilir ki, Azərbaycanda insan haqlarını pozulmasına qarşı mübarizə aparmaqda yenə də təşəbbüs göstərəcək.
XS
SM
MD
LG