Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:01

BMT-nin baş katibi Özbəkistana gedir


BMT-nin baş katibi Ban Ki Munun bu gün Özbəkistana səfəri gözlənilir.

Ban Ki Mun Özbəkistana Qırğızıstandan gəlib.

O dünən Bişkekdə Qırğızıstan rəhbərliyi ilə görüşdə ölkədə söz azadlığının vəziyyətindən narahat olduğunu bildirib.

Oban Ki Mun qeyd edib ki, soz azadlığı və insan haqlarına əməl etmək inkişafa can atan istənilən ölkə üçün əsas prinsip olmalıdır.

Təkcə ötən ilin sonunda Qırğızıstanda 2 tanınmış jurnalist öldürülüb, bu ilin martından bu yana bir neçə internet saytı və radistansiya bağlanıb.

Ban Ki Munun Orta Asiyaya səfəri ərəfəsində isə polis yerli televiziyalardan birinin avadanlığını müsadirə edib, kanalın yayımı dayandırılıb.

Ban Ki Mun səfər çərçivəsində Tacikistanla Qazaxıstana da baş çəkəcək.
XS
SM
MD
LG