Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:45

Dolu və yağış şimal-qərb bölgəsində fəsadlar törədib


Leysan yağışları və dolu respublikanın şimal-qərb rayonlarında bir sıra fəsadlar törədib.

Aprelin 2-də gecə saatlarından başlayaraq Balakən, Zaqatala və Qax rayonlarında dolu və leysan yağışları yayıb.

Balakən rayon icra hakimiyyətindən verilən məlumata görə təkcə Şərif kəndində 5 hektar buğda və 2 hektar yonca sahəsi yararsız vəziyyətə düşüb, kəndin 70 təsərrüfatında istixanalara ciddi ziyan dəyib.

Həmçinin Zaqatala rayonunun Gözbarax və Çobankol kəndlərində ümumilikdə 15 hektar taxıl sahəsi və 20 hektar fındıq bağı yararsız hala düşüb, 20 evin həyətyanı sahəsini su basıb.

Bir sıra kəndələrdə isə telefon şəbəkəsi sıradan çıxıb.

Həmçinin dolu və leysan yağışları Qax rayonunda bir sıra fəsadlar törədib.
XS
SM
MD
LG