Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Rusiya ilə Venesuela 30-dan çox razılaşma imzalayıblar


Rusiyanın baş naziri Vladimir Putin Karakasda Venesuela prezidenti Uqo Çaves və Boliviya prezidenti Evo Moraleslə görüşüb.

Görüşün sonunda Rusiyayla Venesuela arasında nüvə energetikası və kosmos sahəsində əməkdaşlıq da daxil olmaqla 30-dan çox razılaşma və bəyannamə imzalanıb.

Həmçinin tərəflər bir sıra birgə neft layihələrinin işlənməsində razılıq əldə ediblər.

Vladimir Putin ölkəsinin Venesuelaya 2 milyard dollardan artıq kredit verməyə haqzır olduğunu bildirib.

Boliviya prezidenti Evo Morales isə deyib ki, onun ölkəsi narkobizneslə mübarizə aparmaq, hərbi vertolyotlar almaq üçün Rusiyadan suda almaq istəyir.
XS
SM
MD
LG