Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 10:15

Bəxtiyar Sadıqov: «Reklam şirkətləri qəzetlərə vəsait ayırmaq istəmirlər»


Bəxtiyar Sadıqov
Bəxtiyar Sadıqov
«Reklam şirkətləri qəzetlərə vəsait ayırmaq istəmirlər». «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov belə deyib. «İşdən sonra»da Azərbaycanda mətbuatın bugünkü vəziyyəti müzakirə edilib.

Bəxtiyar Sadıqov:

- Qəzetlərin yayımı ilə bağlı çoxsaylı problemlər var. Qəzetlərin rayona çatdırılması gecikir. İkincisi qəzetlərin kəndlərə aparılması yoxdur. Bu da bizim tirajımıza mənfi təsir edir. Qəzetlərin maddi durumu yaxşı deyil. Qəzetin qiyməti bahadır. Biz maya dəyərindən aşağı qəzeti sata bilmərik. Digər tərəfdən, reklam bazarı olmadığı üçün məcburuq özümüzü saxlayaq. Sovet dövründə reklam aparıcı qüvvə deyildi. Bu psixologiya bu gün də var. Digər tərəfdən, reklam şirkətləri bu işə vəsait ayırmaq istəmirlər. İndi biz çalışırıq ki, reklama xərclənən vəsait həmin məhsulun maya dəyərinə oturulsun, belə olanda insanlar bu işə əlavə xərc çəkməzlər.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun sədr müavini İdrak Abbasov da hesab edir ki, qəzetlərin maddi imkanları olduqca zəifdir:

- Qəzetlərin maddi imkanları zəifdir, onlara reklam verilmir. Bu baxımdan qiymətlərin kasıb əhalinin cibinə uyğun edilməsi vacibdir, çünki hər kəsin gündəlik 40 qəpiyə qəzet almaq imkanı yoxdur. Biz bu məsələyə kompleks yanaşmışıq.
İdrak Abbasov
Bu da reallıqdır ki, aparıcı qəzetlər regionlara çıxmırlar. Bəzilərinə Naxçıvan rəhbərliyi məhdudiyyət qoyur. «Qaya» mətbuat yayımının orada qəzet köşkləri var idi, o köşklər götürüldü. Və ya digər bölgələrdə də müstəqil mətbuat yayımının inkişafına imkan yaranmır. Qəzetlərin də imkanı yoxdur ki, müstəqil şəkildə onları yaysınlar. Azərbaycanda əsas problem qəzetlərin azad işləməsidir.

«Turan» agentliyinin direktoru Mehman Əliyev də hesab edir ki, əsas problem reklam bazarının olmamasıdır:

- Bizdə ayda təxminən cəmi 1 milyon 600 qəzet satılır. Bizdə demək olar ki, regionlarda qəzetlərin oxuculara çatdırılması şəbəkəsi yox dərəcəsindədir, köşk sistemi darmadağın olub. Mən daha başqa vəziyyətləri demirəm. Əsas reklam bazarı, yayım sistemi yoxdur. Kompleks şəkildə götürsək, bu, dövlətin mətbuata qarşı aparılan siyasətidir.

ƏTRAFLI PROQRAMI DİNLƏYİN.

/ Hazırladı Gülər Qasımova /
XS
SM
MD
LG