Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:01

Avropa Məhkəməsi Eynulla Fətullayev haqda qərarını elan etməyə hazırlaşır


İnsan Haqları üzrə Avropa Məhkəməsi «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi üzrə qərarını elan etməyə hazırlaşır.

Məlumat «Media forum» saytına Avropa Məhkəməsindən verilib.

Bildirilib ki, qərar tezliklə Avropa Məhkəməsinin internet səhifəsində yerləşdiriləcək. Bunun təxminən iki həftəyədək baş verəcəyi gözlənir.

E.Fətullayev 2007-ci il aprelin 20-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Jurnalist 2005-ci ildə qələmə aldığı «Qarabağ gündəliyi» adlı silsilə yazılarında Xocalı camaatını təhqir etməkdə günahlandırılıb və ona 2 il 6 ay həbs cəzası verilib.

Tutulandan sonra ona əlavə ittihamlar irəli sürülüb və jurnalist 2007-ci il oktyabrın 30-da 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

2009-cu il dekabrın 29-da cəza çəkdiyi 12 saylı Cəzaçəkmə Müəssisəsində jurnalistin üzərindən narkotik vasitə tapıldığı açıqlanıb.

Jurnalistə Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) yeni cinayət işi açılıb və o, Bakı İstintaq Təcridxanasına köçürülüb.
XS
SM
MD
LG