“Dünya ictimaiyyəti İranın nüvə silahına yiyələnməsinə razı olmayacaq”. Bunu ABŞ-ın dövlət katibi Hillari Klinton Böyük Səkkizliyin xarici işlər nazirlərinin Kanadada keçirilən toplantısında deyib. Klinton İrana qarşı yeni sanksiyaların tətbiqinə dair aparılan danışıqlara Çinin də cəlb olunacağını bildirib.
Böyük Səkkizlik beynəlxalq ictimaiyyətə də müraciət edəcək. Dünya ictimaiyyətini İranın nüvə fəaliyyətinə qarşı adekvat və güclü tədbirlər görməyə çağıracaq.