Martın 27-si axşam saatlarında İçərişəhər qoruğundakı yaşayış binasında yanğın baş verib, nəticədə iki nəfər ölüb. APA-nın məlumatına görə, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerində jurnalistlərə yanğının ilkin ehtimallara görə, qaz sızmasından baş verdiyini bildirib.
Yanğın 300 kv/m ərazini əhatə edib. Qaz sızmasından baş verən və sonradan yanğına keçən partlayış nəticəsində mənzillərdən birinin tavanı uçub, mənzildə yaşayan iki nəfər dağıntılar altında qalıb.
Etibar Mirzəyev bildirib ki, görülən tədbirlər nəticəsində bir kişi və bir qadının cəsədi dağıntılar altından çıxarılıb.

Ölənlər Mirzə Şəfi Vazeh küçəsi, 12 ünvanında yaşayan 1925-ci il təvəllüdlü Akif Əhmədov və 1937-ci il təvəllüdlü Elmira Axundovadır.
Faktla bağlı araşdırma aparılır.