Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:55
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində bizim eradan əvvəl və bizim eranın ilkin dövrünə aid əntiq əşyaların qanunsuz satılmasının qarşısı alınıb.

Məlumatı Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimaiyyətlə Əlaqələr İdarəsi yayıb.

MTN-ə bir qrup şəxsin qızıl və qiymətli daşlardan düzəldilmiş 3 ədəd tarixi incəsənət nümunəsini 350 min ABŞ dollarına Bakı şəhərində satmaq istədikləri barədə məlumat daxil olub.

Martın 18-də həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin tarixi incəsənət nümunələrini satmaq istəyən Tər-tər rayon sakini Arif Allahverdiyevdən 2 ədəd qızıl heyvan fiquru və 1 ədəd daşdan düzəldilmiş jezl (əsa) götürülüb.

Bu istiqamətdə həyata keçirilmiş digər əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşları - Hafiz Yusifov, Rizvan Rzayev və Məzahir Qurbanovdan ümumilikdə 6 ədəd incəsənət nümunəsi, o cümlədən 1 ədəd qızıldan hazırlanmış şir başına bənzər riton, 1 ədəd qızıldan hazırlanmış heyvan fiquru, 1 ədəd firuzədən hazırlanmış ceyran üzərində adam fiquru, 1 ədəd tunc riton, 2 ədəd kiçik tunc kişi heykəli aşkar olunaraq götürülüb.

Adları çəkilən şəxslər bu əşyaları 250 min ABŞ dollarına satmaq niyyətində olublar.

Faktla bağlı MTN-nin İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2-cı (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən mədəni-tarixi sərvət olan əşyaların qaçaqmalçılığı) maddəsi ilə cinayət işi başlanıb.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG