Keçid linkləri

2025, 29 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:52

İdmançılarımız 3 medal qazanıb


Türkiyənin Antalya şəhərində Cüdo üzrə Paralimpiyaçıların Dünya Çempionatı keçirilir.

Azərbaycan idmançıları yarışda 3 medal qazanıblar.

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlunata görə, 57 kiloqram çəki dərəcəsində yarışan Afaq Sultanova qızıl, 73 və 81 kiloqram çəki dərəcələrində mübarizə aparan Natiq Novruzzadəylə Rövşən Səfərov isə bürünc medal qazanıblar.

Bu gün idmançılarımızdan Çinarə Rzazadə, Xəyal Qəniyev və ikiqat çempion İlham Zəkiyev mübarizə aparacaqlar.
XS
SM
MD
LG