Keçid linkləri

2026, 14 May, cümə axşamı, Bakı vaxtı 21:09

Israillə ABŞ arasında fikiri ayrılığı qalır

İsrailin baş naziri Benyamin Netanyahunun Birləşmiş Ştatlara səfəri başa çatıb. Səfər nəticəsində İsrailin yeni məskunlaşdırma planı ilə bağlı Təl-Əvivlə Vaşinqton arasındakı fikir ayrılığının aradan qalxmadığı bildirilir.

ABŞ rəsmilərinin sözlərinə görə, Netanyahunun ABŞ-ın Yaxın Şərq üzrə nümayəndəsi Corc Mitçellə görüşü ziddiyyətləri aradan qaldırmayıb.

Prezident Barak Obama Netanyahudan xahiş etmişdi ki, görüş zamanı israillilərlə fələstinlilər arasında ABŞ-ın vasitəçiliyi ilə dolayı danışıqlar üçün etimad mühiti yaratmaq üçün addım atsın.

XS
SM
MD
LG