Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:51

Novruz Bayramında İrandan Bakıya gələnlərin sayı artıb


«Son günlər Azərbaycana gələn iranlıların sayı artıb. Hər gün Azərbaycana min nəfərə yaxın iranlı keçir. Nəqliyyatla keçən iranlılar daha çoxdur».

Bunları AzadlqRadiosuna Astara terminalın əməkdaşı Rafel Abdullayev deyib.

Bakıya işləyən taksilərin qiyməti də iki dəfə artıb. Əvvəllər Bakıya taksilər 60 manata gedirdilərsə indi bu qiymət 120 manata qalxıb.

Bakı –Astara yolunda hərəkət etmək çətinləşib. Son günlərdə Qaradağ rayonun ərazisindən keçən Bakı-Astara yolunda da tıxaclar yaranmağa başlayıb.

R. Abdullayevin sözlərinə görə hər il Novruz bayramı günlərində belə hallar olur. Ötən illərə nisbətən bu il Bakıya gedən iranlıların sayı daha çoxdur.
XS
SM
MD
LG