Keçid linkləri

2024, 19 İyun, çərşənbə, Bakı vaxtı 12:15

Azərbaycan «Alternativ xidmət haqqında» qanun layihəsini yenidən Venesiya Komissiyasına təqdim edib


Səfa Mirzəyev
Azərbaycanın «Alternativ xidmət haqqında» qanun layihəsi rəy alınması üçün yenidən Avropa Şurasının (AŞ) Venesiya Komissiyasına təqdim olunub.

Bu barədə «APA»ya açıqlamasında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev məlumat verib.

S.Mirzəyev deyir ki, AŞ ekspertlərinin birinci dəfə layihəyə verdikləri rəydə qeyd olunan tövsiyələrə baxılıb, sənəd üzərində yenidən işlənərək təkrar rəy alınmaq üçün Venesiya Komissiyasına təqdim edilib:

«Onlar layihəni bizə göndərdikdən sonra sənədi Milli Məclisin müzakirəsinə təqdim edə bilərik. Bu davam edən bir prosesdir. Sənəd üzərində iş gedir».

«Alternativ xidmət haqqında» qanun dini və ya digər əqidəsinə görə hərbi xidmət keçə bilməyən vətəndaşların alternativ xidmət etmə qaydalarını müəyyən edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG