Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

İraqda səslər yenidən sayılacaq


İraq prezidenti Cəlal Talabani parlament seçkilərində verilmiş səslərin yenidən sayılmasını göstəriş verib.

Fərmanda deyilir ki, ədalət və tam şəffaflığı təmin etmək üçün bu gündən başlayaraq səslər yenidən sayılacaq.

Ölkənin baş naziri Nuri əl Maliki bundan bir gün öncə Mərkəzi Seçki Komissiyasını səslərin yenidən sayəlması ilə bağlı bir sıra siyasi blokların tələbinə cavab verməyə çağırmışdı.

Son məlumata görə səslərin 93 faizinin hesablanması göstərir ki, keçmiş baş nazir İyad Ələvinin bloku 8 min səs çoxluğu ilə indiki baş nazir Nuri əl Malikinin blokunu qabaqlayır.

İraqda parlament seçkiləri martın 7-də keçirilib.
XS
SM
MD
LG