Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:44

3 uşaq atası siçan dərmanı içərək özünü öldürüb


Yevlax rayon sakini Elxan Əliyev yaşadığı mənzildə siçan dərmanı içərək özünü öldürüb.

Bu barədə AzadlıqRadiosuna Yevlax Rayon Prokurorluğundan məlumat verilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, 3 uşaq atası olan Elxan Əliyev ailəsini dolandırmaq üçün ayrı-ayrı şəxslərdən aldığı borcları qaytara bilməyib. İstintaq ehtimal edir ki, o, özünü bu səbəbdən öldürüb.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda özünüöldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
XS
SM
MD
LG