Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

«Azərbaycan Amerikanın səfir göndərmədiyi yeganə ölkə deyil»


Xarici İşlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycana hələ də səfir göndərməməsinə münasibətini açıqlayıb. Nazir deyib ki, xarici ölkələrə kimin və nə vaxt səfir təyin edilməsi ABŞ adminstrasiyasının daxil işidir.

Nazir həm də əlavə edib ki, Azərbaycan Amerikanın səfir göndərmədiyi yeganə ölkə deyil:

«Digər ölkələrdə və beynəlxalq təşkilatlarda da ABŞ-ın səfirləri hələ təyin edilməyib. Məsələn, hələ indiyə qədər ATƏT-də Amerikanın səfiri təyin edilməyib».

Amma nazir deyib ki, Bakı istəyir ki, Amerikanın yeni səfiri tezliklə Azərbaycana gəlsin və fəaliyyətə başlasın.

ABŞ-ın Azərbaycandakı sonuncu səfiri doqquz ay əvvəl Bakını tərk edib və hələ də yeni səfir təyin edilməyib.

XS
SM
MD
LG