Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Moskvada 32 yaşlı azərbaycanlı öldürülüb


Martın 17-də Moskvanın Çertanovo mikrorayonunda Azərbaycan vətəndaşı, 32 yaşlı Nicat Əliyev öldürülüb.

APA-nın “Newsru.com” xəbər portalına istinadən yaydığı məlumata görə, Nicat Əliyev yerli vaxtla saat 17.20-də Dorojnaya küçəsindəki 28 saylı evin 1-ci korpusunda yerləşən mənzilindən çıxarkən avtomat silahla güllələnib.

Onun azərbaycanlılardan ibarət cinayətkar qruplaşmanın üzvü olduğu bildirilir.

Fakt üzrə cinayət işi qaldırılıb.
XS
SM
MD
LG