Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:06

199 təşkilata 1 milyon manatdan çox yardım


Martın 15-də Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu il üçün QHT-lərə birinci maliyyə yardımı müsabiqəsinin nəticələrini açıqlayıb. Nəticələrə görə, Şura 199 təşkilata 1.155.090 manat maliyyə yardımı ayrılması haqda qərar qəbul edib.

Ən çox maliyyə yardımını «Azərbaycanda QHT-lərin aktual problemlərinə həsr olunmuş ictimai müzakirələrin təşkili» layihəsinə görə Media Hüquqları Mərkəzinə ayrılıb - 11 min manat. Layihələrə ayrılan ən aşağı hədd 3 min manatdır.

Ötən il dekabrın 8-də elan edilmiş müsabiqəyə ümumilikdə 489 layihə daxil olub. Şuradan verilən məlumata görə, katibliyin apardığı ilkin seçim zamanı 82 təşkilatın təqdim etdiyi sənədlərdə çatışmazlıqlar aşkar edildiyindən həmin layihələr ekspertizaya göndərilmədən geri qaytarılıb. Bir təşkilat eyni layihəni 2 dəfə verdiyi üçün layihələrdən biri müsabiqədən kənarlaşdırılıb. Sonda 1-ci maliyyə yardımı müsabiqəsinin qalibi olan 199 təşkilat seçilib.

Şuranın məlumatına görə, müsabiqənin nəticələri ilə bağlı apelyasiya müraciətləri martın 19-a qədər qəbul edilir.
XS
SM
MD
LG