Qış çox sərt, bu vaxtacan görünməmiş, eşidilməmiş soyuğu, şaxtası, qar-qiyamatıynan gəlmişdi.
Sanki kasıb-kusubun, yetim-yesirin, əlsiz-ayaqsızın qulluğunda dayanmaq əvəzinə onlara qan udduran insafsız, zalım məmurlarla əlbir-dilbir olmuş, bəhsə girmiş, onsuz da çətin, minbir ehtiyac içində keçən gün-güzaranlarını, dolanışıqlarını daha da çətinləşdirmişdi...
Belə bir havada iki uşağıynan gözü yolda, qulağı səsdə qalan Səliməni hər şeydən betər narahat edən odun-ocaq dərdiydi.
Əri Rəhim dolanışıq, çörəkpulu dalınca Bakıya yollananda odun-ocaq üçün ona pul verməmişdi.
Daha doğrusu, verməyə pulu olmamışdı...
Hesabla, bu tərəflərdə, kənd-kəsəkdə havanın birdən-birə kəskin dəyişməsindən, pisləşməsindən Rəhim xəbər tutmalı, bu gün-sabah özünü onlara yetirməliydi. Televizor Bakının özündə də havaların pisləşəcəyini, qar-boran olacağını, yolların buz bağlayacağını qabaqcadan elan eləmişdi.
Amma hava məlumat bürosunun bu münəccimliyinin Bakıda nə dərəcədə gerçəkləşdiyindən Səlimənin xəbəri yoxdu.
Adi halda yenə nə qədər olmaya günün müəyyən vaxtlarında kəndə verilən işıqlarını qar-çovğun başlayandan işıq divləri tamam kəsmişdilər, televizora baxa bilmirdilər...
Rəhim Qarabağ müharibəsi veteranıydı. Səlimə ilə atəşkəsdən üç il sonra qonşu kənddəki cəbhə yoldaşının toyunda bir-birini görüb bəyənmiş, ailə qurmuşdular. İki uşaqları vardı, biri qız, biri oğlandı.
Qız beşinci, oğlan ikinci sinifdə oxuyurdu...
Kənddə iş-güc, dolanışıq yox idi. Başıpapaqlılarının çoxu dolanışıq dalınca yaxın-uzaq ölkələrə üz tutmuşdu. Rəhim də Bakının qul bazarına dadanmışdı. Birdən bir ay bərdən ayna itirdi.
Tikintidə, orda-burda qara fəhləlik edir, çalışır-vuruşur, əlinə bir az pul düşən kimi arvad-uşağına əyin-baş, pal-paltar alıb geri dönürdü. Cibində qalan pul yemək-içməklərinə, dolanışıqlarına yalnız on-on beş gün, bəzən daha artıq çatırdı.
Ancaq Rəhim Bakıdan həmişə qazanc, pul gətirə bilmirdi. Birdən heç iş-güc tapmır, üzüqara qız kimi əli ətəyindən uzun, cibi boş geri qayıdırdı. Elə olurdu yolhaqqısını belə yoldaşlarından borc alır, ümidini növbəti dəfəyə bağlayırdı…
Rəhimin atası erkən rəhmətə getmişdi. Anası əri Qarabağ müharibəsində şəhid olmuş üçuşaqlı bacısıynan qalırdı. Gözlərini hökumətin yetimlərə kəsdiyi tulapayı qanpuluna dikmişdilər...
Rəhimgillə müqayisədə Səlimənin ailəsi, qohum-əqrəbası imkanlı idi.
Qardaşlarının üçü də Moskvada alverdəydi. Səliməyə yaxşı cehiz vermişdilər.
Arabir elə Rəhimə də əl tuturdular. Amma quyuya su tökməklə quyu sulu olmaz. Odu ki, Səlimənin qardaşları neçə dəfə quyu sahibinin özünü də Moskvaya, yanlarına aparmaq istəmişdilər. Həm də bacılarıynan, arvad-uşağıynan birlikdə. Rəhim cürbəcür bəhanələr gətirmiş, heç cür razılaşmamışdı.
Əslində isə qorxurdu ki, qaynı uşaqları kimi onun uşaqları da oralarda rus təhsil-tərbiyəsi alandan sonra kənd-kəsəyi bəyənməyə, yabançılarla ailə qura, yad torpağa bağlanıb qala, dilini, vətənini unudalar...
Başda oturan ixtiyar sahibləri oturub-durub elə hey hapa-gopa basırdılar ki, tezliklə vəziyyət yaxşılığa doğru dəyişəcək, hər şey düzələcək, lakin nəsə dəyişsə də heç nə düzəlmirdi. Yenə yayda, isti olanda dərd yarıydı.
Qış başdan-ayağa əlavə qayğı, dərd-vərəm deməkdi. Bu ildən evlərini qızdırmaq üçün dişləri-dırnaqları ilə əkib-becərdikləri meyvə ağaclarını kəsib yandırmağa başlamışdılar.
Kənddə hələ bu vaxtacan belə şey görünməmişdi. Soyuqlar düşəndən həyətlərdə bar gətirən iri, oduncaqlı ağaclar günü-gündən seyrəlirdi. Belə davam etsə, növbə tezliklə o biri, cavan ağaclara da çatacaqdı.
Bayaqdan barına-bəhərinə göz dikdiyin köməksiz, günahsız ağaclara birdən-birə cəllad kimi balta-dəhrə qaldırmaq ağılasığmaz müsibət, dəhşətdi! Elə bil özcə qol-qıçını budayıb yıxırdın böyrü üstə. Amma əlac nəydi?
Düz sözdü ki, su meymunun boğazına çıxanda balasını ayağının altına alar...
Ötən il Rəhim meşəbəyinin saqqalının altından keçərək oğurluq-doğurluq qışa xeyli odun tədarük etmişdi. Bu il qadağanı çox bərkitmişdilər. Meşəbəyi daha rüşvətə-filana baxmır, canından, daha doğrusu, vəzifəsini itirməkdən qorxurdu.
Düzünü axtarsan meşədə də əvvəlki meşəlik qalmamışdı.
Ağlamalı gündəydi. Neçə yüzillik iri-saytal, qiymətli ağacların axırına çıxmışdılar. Əvvəl hardan baxırdın bax, on metr irəlisi-gerisi görünməyən meşə indi daz, keçəl başı xatırladırdı, tala-talaydı.
Yuxarıdakılar buna görə milləti, qara camaatı, qara camaat da yuxarıdakıları, isti, rahat kabinetlərində buğlana-buğlana, şişə-şişə “ona dəymə, buna toxunma, doğra doyunca ye”, deyənləri günahlandırırdı.
Neçə ildi söz-söhbət gəzirdi ki, rayon mərkəzinə qaz çəkiləcək, bir qanadını, bir xəttini də kəndə gətirəcəklər. Fəsillər bir-birini əvəz edir, il dolanır, qarlı qış təzədən qapını kəsdirirdi, amma qaz məsələsi ac toyuğun yuxusundakı darı kimi çin olmur, göyərmirdi.
Əvəzində həmin qaz başlarının üstündən Gürcüstana, Gürcüstandan Türkiyəyə, Türkiyədən də Yunanıstana gedib çıxırdı. Eşitdiklərinə görə, o qaz heç oralarda, o uzaq Yunanıstanda da bənd almayacaqdı.
Özünü Avropanın göbəyindəkiləri qızdırmağa çatdıracaqdı. Çünki avropalılar bizim millətə baxanda çox dözümsüz millətlərdi!..
Bahalaşmamışdan qabaq ordan-burdan oğurluq-doğurluq birtəhər salyarka da tapıb yandırırdılar.
Gündə bir yeni elektrik stansiyası işə düşürdü. Ancaq həmişəki kimi cirə ilə verilən işıq lampalarını közərtsə də tok peçlərinə gücü çatmırdı. Qar yağandan onu da çox görmüşdülər...
Bakıya gedən günü Rəhim əlacsız qalıb iri, peyvənd ərik ağacını baltalamışdı.
Qışın oğlan çağında ailəsini odunsuz, allah ümidinə qoyub getməyəcəkdi ki! Kənardan əli qoynunda kirimişcə, maddım-maddım hərəkətlərinə tamaşa edən arvad-uşağının Rəhimin özü qarışıq bu ərik ağacı ilə bağlı çox xatirələri vardı.
Uşaqlar valideynlərindən xəlvət əvvəlcə onun kal, turş meyvələrini duza batırıb ağızlarını büzüşdürə-büzüşdürə marçıltı ilə, ləzzətlə yeyər, meyvələri sulanıb yetişəndə isə daha artıq çərdəklərinin üstündə dava salardılar.
Ləpəsi şirin, çox dadlıydı. Səlimə seçib iri, sağlam meyvələrindən mürəbbə bişirər, kompot bağlayardı. Sabah-sabah çayla içdikləri builki ərik mürəbbəsindən hələ neçə bankası dururdu...
Aylar ötəcək, yaz, güllü bahar yığışıb yenidən el-obaya təşrif buyuracaq, nə hesabasa dəhrə-balta görməyən bağça-bağlar, ağaclar (kənddə ağaclarını kəsib peçdə yandıran, istisinə qızınan təkcə onlar deyildi) təzədən çiçəkləyəcək, bar gətirəcəkdi.
Lakin onların ərik ağacı bir daha olmayacaqdı. İndi bir qıraqda məlul-müşkül dayanıb ağacın baltalanmasına baxa-baxa meyvələrini necə yediklərini xatırladıqları kimi o zaman da ağacın özünü necə baltalayıb yandırdıqlarını xatırlayacaq, təəssüflənəcəkdilər...
Baltalanan ərik ağacı gözlərinin qabağında böyrüstə aşmış, şaqqıltıynan yerə sərilmişdi.
Bir müddət ağappaq qarın içində lap canlı kimi tərpənmiş, çırpınıb-çabalamış, silkinib təzədən dikəlmək, ayağa qalxmaq istəmişdi.
Amma bacarmamışdı. Can çəkişirmiş kimi əsmiş, titrəmiş, içində qımıldanaraq sakitləşmişdi. Rəhim fərqinə varmadan bu dəfə onu qəddarcasına şaqqalamağa başlamış, arvad-uşaq da artırmadakı odunyığılana daşımışdı...
* * *
Bayaqdan bəri pəncərədən bağçada, qarın içində qaralan başları kəsilmiş ağacların kötüklərinə tamaşa edən Səlimə ərik ağacının yerdə qalan odununu da yandırıb qurtarandan sonra neyniyəcəklərini bilmirdi.
Özününkülərə əli çatmırdı. Yol-riz bağlanandan dəryada tənha, unudulmuş adaya dönən kənddə yaxın simsarı Rəhimin anası, bacısıydı. Onlara da nə qədər qılıqlanıb-qırtıqlansa, mehribanlıq etsə də ağızları ondan heç düzəlmirdi.
Araları lap qış günü kimi soyuqdu. Ayda-ildə, o da Rəhim evdə olandan-olana qapısını açırdılar. İşdərbaşı hamısı qayınanasıydı.
Nədi-nədi vaxtıynan Rəhim onun gözaltıladığı, tələsib adını özyanından oğluna çıxartdığı qohumunun qızını bəyənməmiş, iki ayağını bir başmağa dirəyərək Səliməni almışdı...
Səhər yerindən qalxandan həyət-bacanın qarını-buzunu kürüyə-kürüyə, toyuq-cücəyə dən verə-verə, onların qar altında qalıb bir tərəfi uçmuş hinini düzəldə-düzəldə, donmuş su çəninin donunu zülümlə aça-aça, artırmada sil-süpür, səliqə-sahmanla məşğul ola-ola uşaqları nə qədər əlindən tutsa da öz-özünə elə hey fikirləşirdi ki, kişisiz ev-eşik həqiqi mənada suyu sovulmuş dəyirman kimi bir şeydi!..
Ürəyindən keçənləri oxuyurmuş kimi qızı birdən səssizcə ona yaxınlaşıb soruşdu:
- Ana, atam haçan gələcək?..
- Bilmirəm, qızım, - dedi.
- Odunumuz qurtarır. Bəs atam gəlməsə biz odunsuz nə edəcəyik, ana?..
- Deyəsən, köməkləşib ağaclardan birini də kəsməli olacağıq... - Fikirli-fikirli əlini uzadıb qızın gözünün üstünə tökülmüş saçlarını geri sığalladı.
- Biz?.. Özümüz?.. - Qız təəccübləndi.
- Hə, - dedi, - sən, mən, bir də qardaşın...
- Yəni bacararıq?.. - Qızın sual dolu baxışları anasının üzündə ilişib qaldı. Heç inanmağı gəlmirdi.
- Gücümüzü sınayarıq də, görək bacarırıq, yoxsa yox. - Gülümsədi.
- Ana, ağacların hamısını kəsəcəyik?..
- Belə getsə, hamısını. Soyuqdan donmayacağıq ki!..
- Ana, ay ana, gilas ağacını da kəsəcəyik?.. - Bayaqdan kənardan onların danışığını eşidən oğlu da yaxınlaşdı.
- Hə, bəs necə! - Anasının əvəzinə tezcə bacısı cavab verdi. - Donmayacağıq ki!..
Qızın cavabındakı hikkə, acıq, hayıfalma açıq-aydın duyulmaqdaydı. Qardaşı bayaq rəngli karandaşlarını ona verməmiş, bircə anda pişik kimi cırmaqlaşaraq dalaşıb küsüşmüşdülər...
- Yox, mən gilas ağacını kəsməyə qoymayacağam!.. - Oğlan birdəncə kirpi kimi bacısının üzünə qabardı.
- Demək, şaxtadan donub ölməyimizi istəyirsən, hə?.. - Bacısı hikkəsindən əl çəkmədi.
- Donub ölməyimizi istəmirəm!.. - Sualın qoyuluşu, tonu əvvəl oğlanı bir balaca karıxdırsa da tez özünü doğrultdu. - Amma gilas ağacını kəsməyə qoymayacağam!..
Gilas ağacını oğlan atasının köməyi ilə əkmişdi. İki ildi qulluğunda dururdu. Bu yaz nübarını da yemişdilər. İri, ətli, yanağı qırmızı, dadlı-ləzzətli meyvələri vardı. Atası meyvəsini görəndə gilas ağacını tərifləmişdi. Belə tez bar verəcəyini gözləmədiyini söyləmişdi...
Bir azdan oğlan bacısının anasına astadan, xısın-xısın nəsə pıçıldadığını gördü. Ayaqlarının ucunda yaxınlaşıb dinşədi. Bacısı deyirdi:
- Ana, gilas ağacını gecə qardaşım yatanda kəsərik, hə?..
Fikirli halda gözünü hələ də pəncərənin şüşəsindən bayıra zilləmiş anası dinmədi...
Oğlunun bu gilas ağacını atasıynan köməkləşib əkəndə necə sevindiyi Səlimənin yaxşı yadındaydı. Ağacın dibini doldurub sulayandan sonra oğlu atasından soruşmuşdu:
- Ata, demək, yazda bu gilas ağacı çiçəkləyib meyvə gətirəcək, mən də dərib ləzzətlə yeyəcəyəm, hə?..
Atası xəfifcə qımışaraq:
- Oğlum, - demişdi, - bizim bir müəllimimiz vardı, sən lap onun kimi düşünürsən. Elə hey hamıdan soruşardı, vətən üçün neynəmisən?.. İndi sən də bir ağac əkmisən, o saat ondan meyvə umursan.
Ağacı əkmək hələ işin başlanğıcıdı. Əkdinmi, gərək bəri başdan onun qulluğunda dura, nazını çəkə, becərə, bar verən hala gətirəsən ki, sonra ondan nəsə uma, meyvəsi haqqında düşünəsən.
Pis baxarsan, barını-bəhərini yeməzsən, yaxşı baxarsan, yeyərsən! Sən əvvəl nəsə elə, nəsə ver ki, almağa üzün olsun. Bu, təbiətin qızıl qanunudu! Təbiətin qanunu hardasa nəsə bir balaca əyiləndə, bütün nizam-tərəzi pozulur, aləm bir-birinə qarışır...
* * *
Rəhim bilə-bilə ki, bu cür soyuq havada, qar-boranda qul bazarında iş axtarmaq, iş tapmaq lotoreya oynamaq kimi bir şeydi, yenə dalda-bucaqda daldalanaraq günortayacan ümidlə gözlədi.
Ancaq səhərdən başlayan şimal küləyi sakitləşmək əvəzinə get-gedə daha da gücləndi. Bəs deyilmiş kimi üstəlik hələ qar da yağmağa başladı. Başını götürüb hərə bir tərəfə dağıldı.
Şaxtanın yavaş-yavaş iliyinə işlədiyini görən Rəhim nəhayət inadından əl çəkdi. Bu çovğunun, fısqırığın qabağında dayanmaq iş yox, bəlkə allahdan özünə ucuz azar-bezar axtarmaqdı...
Kirayə qaldığı evin yanındakı parkın başında avtobusdan düşdü.
Yolu parkın içindən keçirdi. Təsadüfi azıb-təzənləri saymasaq burda istirahət edənlərin əksəriyyəti ətrafda yaşayan qonşu-qonumlardı. Axşam-səhər gəlib-getdikcə onlarla o qədər rastlaşmışdı ki, çoxunu üzdən tanıyırdı.
Onlar da Rəhimi tanıyır, ona azıb-təzən kimi yox, məhəllə adamı kimi baxırdılar. Zarafat deyildi, fasilələrlə də olsa bu məhəlləyə ayaq açdığı, Ağabacı arvadın evində kirayə qaldığı iki-üç ildən də artıqdı...
Ağabacı arvad ipək kimi ürəyiyumşaq, insaflı, gözü-könlü tox, bir sözlə, çox yaxşı arvaddı. Evində qalmadığı günlərin pulunu Rəhimdən almır, boş qalanda evinə Rəhimdən başqa kirayənişin buraxmırdı.
Əlbəttə, istəsə, buraxa bilərdi. Rəhim kimi müvəqqəti gəlmələr, ucuz ev axtaranlar Bakıda çoxdu.
Sadəcə, Ağabacı arvadın üzü-gözü Rəhimə, Rəhimin də üzü-gözü ona öyrəşmişdi. Hər ikisi elə bilirdi bir-birinə yad-yalava yox, yaxın qohum-əqrəbadı. İndiki zamanda adama hər gün nə Ağabacı arvad kimi ev sahibəsi, nə də Rəhim kimi sakit, başaşağı, qanacaqlı-mərifətli, danışığını, yediyini-içdiyini bilən kirayənişin ürcah olmurdu...
- Ə, bir az səliqəli at də, nə qədər olmaya dövlətimizin bayrağıdı axı...
Rəhim səsə çönəndə arxada, yolqırağı işıq dirəyinin altında dayanmış köhnə, sınıq-salhaq, çirkli zibildaşıyan “samosval” maşını gördü. Kabinadan başını çıxardan sürücü cındırından cin hürkən, alkaşa oxşayan yerdəki tösmərək kişiyə acıqlanırdı.
Amma onun heç vecinə də deyildi. İşıq dirəklərinə keçirilmiş üçrəngli, ay-ulduzlu bayraqları sapından yapışaraq dartıb çıxardır, necə gəldi maşının banına atırdı...
Adətən dövlət bayraqları bayram günlərində-filanda səhər tezdən küçələrdə asılır, günortadan sonra, axşama doğru yığışdırılırdı. Nə qədər fikirləşdi, bu gün hansı bayram olduğunu yadına sala bilmədi...
Hava pis olduğuna görə parkda yiyəsizlikdi. Amma Rəhim o tərəf-bu tərəfə boylanaraq baxışları ilə ətrafda kimisə axtardı. Adətən bu vaxtları havadan asılı olmayaraq Balaqədəş parkda itlərini gəzdirərdi. Daha doğrusu, özgələrin itlərini...
Rəhim uzaqdan qaraladığı Balaqədəşi fantanın yanındaki iri şam ağacının daldasında, küləktutmazında tapdı.
Tək idi. Həmişə bəzəkli, par-par parıldayan zəncirindən yapışıb hərlədiyi biri qara, o biri ala-bula, canavar kimi iri, cins itlərin heç biri gözünə dəymədi. Qolları süzülmüş, rəngini çoxdan itirmiş köhnə gödəkçəsinin boynunu qaldıraraq sağ çiynini ağacın yoğun, kələ-kötür gövdəsinə dirəyib dayanmışdı.
Damağında siqaret suyu çoxdan sovulmuş, qurumuş fantanın hovuzunda nəsə axtaran süləngi küçə itinə baxsa da fikri özündə deyildi, dağınıqdı...
Rəhim Balaqədəşlə haçansa elə bu parkda təsadüfən tanış olmuşdu.
Əvvəl elə bilmişdi itlər Balaqədəşin özünündü. Sonra öyrənmişdi ki, başqasınındı. Daha doğrusu, varlı-hallı adamlarındı.
Hərəsinin də öz sahibi var. Balaqədəş həmin varlı-hallı adamların itgəzdirəniydi. İtlərini gəzdirdiyinə görə onlardan aylıq haqq alırdı. Bu işi Balaqədəşə tanışlarından biri tapmışdı...
Belə çıxmasın ki, Balaqədəş işsiz-gücsüzün, avaranın biriydi.
Yox, qətiyyən! Balaqədəş neçə ilin ali təhsilli tarix müəllimiydi.
Orta məktəbdə gələcək nəsilə Vətən tarixini öyrədirdi. Di gəl ki, bu ali təhsilli vətən oğlu, Vətən tarixi müəllimi ailəsini dövlətdən aldığı məvaciblə adam balası kimi dolandıra bilmirdi. Arvad-uşağının yanında üzü qara, günü, necə deyərlər, lap itin günüydü.
Gəzdirdiyi elitar, kübar, xoşbəxt itlərin günü kimi yox ha!.. O itlərin günü bu ölkədə yaşayan insanların çoxunun günündən qat-qat yaxşıydı. O itlərə göstərilən qulluğu, qayğını, yaradılan şəraiti, dəm-dəsgahı nə gələcək nəsilə Vətən tarixini öyrədən ali təhsilli Balaqədəş, nə də əlləri hər üzünə qızıl sayılan Rəhim kimisi heç yuxusunda da görməmişdi.
Bundan belə də görüb-görməyəcəkləri yekə, lap yekə bir sual altındaydı...
Hə, Balaqədəşin gün-güzaranı itin günüydü, deyəndə, söhbətin axşamacan küçədə ac-yalavac belədən-belə sülənən, bax elə bu saat susuz fantanın hovuzunda nəsə axtaran, hər addımbaşı döyülüb-söyülən, kimsənin yanında qara qəpiklik hörməti-izzəti olmayan küçə itlərindən getdiyini başa düşmək lazımdı...
Balaqədəşin ölkəsinin, millətinin şanlı-şansız keçmişini, tarixini keçdiyi, tədris etdiyi siniflərin hər birində 30-35 şagirdi vardı. Düzünü axtarsan, Balaqədəş kimi heç onlara da o kübar itlər qədər dəyər verilmirdi.
Verilsəydi, onlara dediyi dərsin müqabilində ayda Balaqədəşə heç olmasa düz-əməlli yüz manat haqq ödəyərdilər.
Hesabın ondan götürürdü ki, axşam-səhər çıxardıb parkda, parkın ətrafında cəmi-cümlətani bir-iki saat gəzdirdiyi bir itə görə ayda təzə pulla düz yüz əlli manat, iki itə görə isə üç yüz manat haqq alırdı.
İtlərin yemək-içməyinə, təmiz-tarıqlığına, yatıb-durmağına və s. baxanlar Balaqədəşdən də artıq aylıq alırdılar. Üstəlik itlərin handa təzə, keyfiyyətli ət, xarici kolbasa, sosiska, daha nə bilim nə paylarından əl-qapları da vardı...
Balaqədəş gözdə-qulaqdaydı, dediyinə görə, gəzdirmək üçün əlavə daha bir it də tapsaydı, məktəbi, müəllimliyi birdəfəlik atacaqdı. Çünki it gəzdirməklə məktəb, dərs demək qətiyyən tutmurdu.
Zənciri qolunda itlə küçədə təsadüfən müəllim yoldaşları, illah da şagirdləri ilə rastlaşanda allahdan özünə ucuz bir ölüm arzulayırdı. Bilmirdi qaçıb başını hansı yırtıq-deşiyə soxsun...
- Salam, qardaş, xoş gördük. - Rəhim salam-kalamdan sonra əlüstü Balaqədəşin hal-əhvalıynan maraqlandı.
- Nə var, nə yox? İşlərin necədi?..
Balaqədəşin kefi yoxdu, rəngi-ruhu qapqara qaralmışdı. Rəhim özlüyündə bunu havanın sərtliyi ilə əlaqələndirdi. Balaqədəş bircə kəlmə:
- Sağlığın, - deyib könülsüz onun əlini sıxdı.
- Nədi, balam, niyə təksən? Bəs itlərin hanı?..
- İtlərnən qurtardım... - Balaqədəş mayasız-məskənsiz xırda biznesə qurşanan, əvvəl əli bir balaca gətirsə də sonra qəfildən müflisləşən, bankrot olan adam kimi dilləndi.
- İtlərnən qurtardın? Doğrudan?.. - Rəhim inanmadı. Axı Balaqədəş itlərnən yox, məktəblə qurtarmağa hazırlaşırdı.
- Doğrudan... - Balaqədəş diliynən dediyini başıynan da təsdiqlədi.
- Axı niyə?.. Nəyə görə?..
SONU BURDA