Martın 15-dən 18-dək «Gələcəyə Körpü» İçtimai Birliyi «Karyera Həftəsi» keçirilcək. Həftəliyin keçirilməsində məqsəd gənclərin gəlcək karyera qurmalarına yardımçı olmaq, ixtisas və peşə seçimində onlara istiqamət verməkdir.
Bu barədə Birliyin sədri Müşfiq Cəfərov məlumat verib. Bildirib ki, proqram çərçivəsində müxtəlif peşələrdən olan təcrübəli insanlar gənclərə əsasən öz peşələri haqqında (nə üçün bu fəaliyyət növünü seçiblər, bu yolda üzləşdikləri problemlər və s.) iştirakçı gənclərə məlumat verəcəklər. «Karyera Həftəsi» müddətində bank işi, jurnalistika, kiçik biznes sahibkarlığı, tibb, QHT, tərcüməçilik və s. sahələr üzrə karyera qurmaq istəyən gənclərlə fikir mübadiləsi aparılacaq.
Həmçinin mehmanxana, poçt, dövlət qulluğu, bank və s. bu kimi sahələrdə çalışan mütəxəssislər də öz iş həyatları barədə bilgi verəcəklər.
Əlavə edək ki, Mərkəzdə bu günədək 200-dək gənc karyera qurmaq sahəsində maarifləndirilib, 40 nəfər özünə iş tapıb, 15 nəfər müxtəlif təcrübə proqramlarına qoşulub və 100-dək gənc peşə təhsili üzrə istiqamətləndirilib.