Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:20

Robert Simmons Azərbaycana gəlir


NATO Baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons Azərbaycana səfər edəcək. Məlumatı «AzərTAc»a Rumıniyanın Azərbaycandakı səfiri Nikolaye Ureke verib.

Xüsusi nümayəndənin səfəri aprel ayının 20-21-nə nəzərdə tutulub. Səfirin sözlərinə görə, Robert Simmonsun NATO-nun Bakıda keçiriləcək seminarında iştirakı gözlənilir. Seminar BMT-nin Təhlükəsizlik Şurasının adi silahlar haqqında 1540 nömrəli qətnaməsinin icrası məsələlərinə həsr olunacaq.
XS
SM
MD
LG