Keçid linkləri

2024, 27 May, Bazar ertəsi, Bakı vaxtı 00:09

Bakıda binanın uçmasının səbəbləri məlum olub


Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, 1946-cı ildə özülü büt daşından və çiy kərpicdən inşa olunmuş ikimərtəbəli yaşayış binası qrunt sularının qalxması, qar və yağış sularının təsiri nəticəsində uçub.

Hadisə mart 12-də saat 12:15-də Bakı şəhəri, Binəqədi rayonu, Məhəmməd Əmin Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsi 10/11 ünvanında baş verib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.
XS
SM
MD
LG