Türkiyənin ana müxalifət partiyası - Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Dəniz Baykal İsveç parlamentinin «erməni soyqırımı» qərarına münasibətini açıqlayıb. O, məsələ ilə əlaqədar Xarici İşlər naziri Əhməd Davudoğlunun ondan kömək istədiyini bildirib.
Dəniz Baykal «CNN Türk» kanalına deyib ki, Əhməd Davudoğlu səsvermədən bir neçə saat qabaq Londondan ona zəng edərək İsveçdəki əlaqələrini işə salmalarını istəyib.
CHP sədrinin müavini Onur Öymən vaxt itirmədən məsələylə məşğul olub. Ancaq bütün cidd-cəhdlərə baxmayaraq, layihəni əngəlləmək mümkün olmayıb.
Ana müxalifət partiyasının lideri deyib:
«Bizə bir neçə gün əvvəldən desəydilər, bəlkə, bir səs fərqi ilə məğlub yox, qalib gələrdik».