Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

NATO Baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək


Robert Simmons aprelin 20-21-də Bakıda keçiriləcək NATO seminarına qatılmaq üçün Bakıya gələcək.

Bu barədə «APA»ya Rumıniyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Nikolae Ureki məlumat verib.

Seminar BMT Təhlükəsizlik Şurasının adi silahlar haqqında 1540 saylı qətnaməsinin icrası məsələlərinə həsr olunacaq.

Rumıniya səfirliyi ötən ilin yanvar ayından etibarən NATO-nun Azərbaycandakı koordinatoru funksiyasını yerinə yetirir.
XS
SM
MD
LG