Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Fələstin İsraillə dolayı danışıqlara getməyəcək


Ərəb Dövlətləri Liqasının rəhbəri Əmr Musanın dediyinə görə, Fələstin prezidenti Mahmud Abbas ona bildirib ki, İsraillə dolayı danışıqlara getməyəcək. Bu bəyanat, İsrailin işğal altında saxladığı Qərb Sahilində yeni 1600 yaşayış evi tikmək planını açıqlamasından sonraya təsadüf edir.

Bir qədər əvvəl Qərb Sahilindəki Rəmallah şəhərinə səfər edən ABŞ-ın vitse-prezidenti Co Bayden bildirmişdi ki, Fələstinin Amerika vasitəçiliyi ilə danışıqlara razı olmasından sonra İsrailin yeni məskunlaşdırma planını açıqlaması bütün səyləri heçə endirir.

XS
SM
MD
LG