Bazar günü İraqda keçirilmiş parlament seçkilərinin ilkin nəticələrinin bu gün açıqlanacağı gözlənilir. Həm hazırkı baş nazir Nuri əl-Malikinin rəhbərlik etdiyi “Hüquqi dövlət” koalisiyası, həm də sabiq baş nazir Əyəd Ələvinin lideri olduğu “İraqiyyə” bloku öndə olduğunu bəyan edib.
Seçki rəsmilərinin sözlərinə görə, 19 milyonluq seçicinin 62 faizi seçkidə iştirak edib. Bu, Səddam Hüseyn rejiminin devrilməsindən sonra İraqda keçirilən ikinci seçkidir.