Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:45

«Azərbaycanda dövlət provayderlərinin hegemonluğu var»


Osman Gündüz
Osman Gündüz
«Azərbaycanda dövlət provayderlərinin hegemonluğu var». Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz «İşdən sonra»da belə deyib:

- Əsas məsələ odur ki, iki nəhəng dövlət provayderi hegemonluq edir. Vətəndaş ADSL xidmətini ATS-dən keçməklə ala bilər. O birinə bir qədər dolayısı ilə yanaşırlar. Bu ona görə belədir ki dövlət provayderi var. Biz məsələ qaldırmışıq ki, dövlət provayderi məsələsinə son qoyulmalıdır və onlar özəlləşməlidirlər. ATS-lərin bəzilərində ADSL xidməti almaq üçün provayderlərin orada yerləşmək istədikləri texnikaya yer yoxdur. Ya özəlləşdirmə getməlidir ya da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi buna son qoymalıdır.

Anar Orucov isə deyir ki, uzaqda yaşadığı üçün ADSL provayderi ondan əlavə xətt pulu alır:

- Dövlətə məxsus olan provayderlərdə internetə qoşulmaqda çox vaxt problem yoxdur. Mən yaşadığım ərazidən uzaq olan şirkətdən internet alıram və onlar hər ay məndən 2 manat xətt pulu alırlar.

Qonaqlar həftə sonundan başlayaraq AzadlıqRadiosunun veb-səhifəsində yaranan problemə də münasibətlərini bildiriblər:

Osman Gündüz:

- Biz bilmirik ki, problemin kökü haradadır. Bu, provayderlərin səhvi deyil, bu, ifrat dərəcədə texniki problemdir. Versiyalar var ki, Azərbaycan internetində yenidənqurma işləri gedir, yaxud hansısa texniki avadanlıqlar yerləşdirilir. Amma hər halda bu informasiya bizdə yoxdur, ona görə də problemin nədən ibarət olduğunu deməyə çətinlik çəkirik.

Anar Orucov:

- Amma məncə, bir şey dəqiqdir ki, problem Azərbaycanın daxilindədir. Hətta Asiya ölkələrindən də yoxladıq - hər yerdən daxil olmaq normaldır. Hətta son vaxtlar yahoo– da problemlərin olması ilə bağlı ora zəng vurduq, dedilər ki, bizim problemimiz yoxdur, problem sizdədir.

Azərbaycanda internet provayderlər istehlakçıları necə aldadırlar?

İstifadəsində problemlər yaranan saytlardan hansı yollarla istifadə etmək olar?

DİNLƏYİN.

/ Hazırladı: Gülər Qasımova /
XS
SM
MD
LG